SON XƏBƏRLƏR

AŞ PA prezidenti Ermənistan hakimiyyətini ittiham etdi

2021.10.20, 07:36
AŞ PA prezidenti Ermənistan hakimiyyətini ittiham etdi

Gunaz.tv
AŞ PA prezidenti Ermənistan hakimiyyətini ittiham etdi analit.jpg Qətnamələri yerinə yetirilmədiyinə görə Ermənistanda səfərdə olan AŞ PA prezidenti Luis Mariya de Puç bu ölkənin hakimiyyət orqanlarını təmsil etdiyi təşkilatın qəbul etdiyi qətnamələri yerinə yetirməməkdə günahlandırıb. Onun sözlərinə görə, qətnamələrin qəbulu ilə bağlı müəyyən irəliləyişlər olsa da, həll olunmamış məsələlər daha çoxdur. Ermənistan parlamentində təmsil olunan "İrs" deputat qrupunun üzvləri ilə görüşən AŞ PA rəsmisi Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberqin mart qırğınları ilə əlaqədar xüsusi qrupun yaradılması təklifini dəstəklədiyini bildirib. "Reqnum"un yaydığı məlumata görə, L.M. de Puç siyasi məhbuslar, martın 1-də törədilən qətllərin üstünün açılmaması, eləcə də hakimiyyət orqanlarının müxalifətin mitinqlərinə icazə verməməsi məsələlərinə də toxunub. Avropalı qonaq az sonra Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanla da görüşüb. Ermənistanda yaranmış mövcud vəziyyət və AŞ PA-nın 1620 saylı qətnaməsi müzakirə mövzusu olub. Prezidentliyə keçmiş namizəd L.M. de Puça Xüsusi İstintaq Xidmətinin rəhbəri Andranik Mirzoyanın yazılı müraciətini təqdim edib. Onun sözlərinə görə, bu müraciət müxalifət tərəfdarlarına qarşı repressiyaların həyata keçirildiyini sübut edib. AŞ PA rəsmisinin səfəri ilə eyni vaxtda Ermənistan Ümummilli Hərəkatı İdarə Heyətinin sədri Ararat Zurabyan Yerevandakı Kentron cəzaçəkmə müəssisəsindən kardiologiya institutuna köçürülüb. Qeyd edək ki, Ararat Zurabyan Ermənistandakı prezident seçkilərinin saxtalaşdırılmasından sonra baş vermiş kütləvi iğtişaşlara görə həsb edilib. Ona qarşı dövlət hakimiyyətinin qəsb edilməsi və kütləvi iğtişaşların törədilməsi maddələri ilə ittiham irəli sürülüb. Müxalifət lideri son vaxtlar özünü pis hiss etməsindən şikayətlənirmiş. AŞ PA-nın sədri onunla görüşdə siyasi məhbusların azadlığa buraxılmasına dair hakimiyyət rəsmiləri ilə müzakirələr apardığını söyləyib. Azər NURİYEV kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar