SON XƏBƏRLƏR

"Müasir İnkişaf" İctimai Birliyi layihəni uğurla yekunlaşdırıb

2022.11.02, 11:35
"Müasir İnkişaf" İctimai Birliyi layihəni uğurla yekunlaşdırıb

Gunaz.tv

Layihə çərçivəsində Azərbaycanda fəaliyyət göstərən, ictimai rəyə təsir imkanları olan Yeni Media internet TV-də ziyalılarının, multukulturalizm, milli-mənəvi dəyərlər, milli kimlik mövzusunda araşdırmaları ilə tanınan şəxslərin videomüsahibələri təqdim edildi.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Məhəmməd Cəbrayılov, Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Faiq Ələkbərli, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyev, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Eyvazov, fəlsəfə doktoru, ADPU-nun dosenti, AMEA Tarix İnstitutunun əməkdaşı Mübariz Ağalarlı, iqtisad elmləri doktoru, yazar Rəsmiyyə Sabir, araşdırmaçı-jurnalist, ictimai xadim Elman Cəfərli, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə doktoru Vüqar Səmədovun müsahibələrində Azərbaycanın multikulturalizm modelinin dünya və region üçün faydaları, bu modelin mənəvi-mədəni irsimizin qorunmasındakı önəmli rolu təqdim olundu və internet üzərindən kifayət qədər geniş auditoriyaya çatdırıldı.

Bundan başqa təşkilat Bakı şəhərində iki, Lənkəran rayonunda bir tədbir keçirdi.

Tədbirlərdə Azərbaycanın multikulturalizm modelinin mənəvi-mədəni irsin qorunmasındakı rolu bu sahənin mütəxəssisləri, bu mövzuya maraq və diqqət göstərən aidiyyatı şəxslərin iştirakı ilə müzakirə edildi, səslənən önəmli təkliflər sistemləşdirildi və mediada ictimailəşdirildi.

Təşkilat layihəni yekunlaşdırıb və hazırda hesabat mərhələsindədir.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar