SON XƏBƏRLƏR

Mayk Pompeo: “Qasım Süleymani amerikalıların təhlükəsizliyini qorumaq üçün öldürüldü” - FOTO

2022.01.15, 11:26
Mayk Pompeo: “Qasım Süleymani amerikalıların təhlükəsizliyini qorumaq üçün öldürüldü” - FOTO

Gunaz.tv

İran lideri Əli Xamneyinin rəsmi saytında yayılan “İntiqam qətidir” adlı sui-qəsd animasiyasında keçmiş prezident Donald Trampla birlikdə ölümlə təhdid edildiyini vurğulayan Pompeo deyib ki, şəxsən o özü Qasım Süleymanini aradan götürmək üçün Trampa tövsiyyələr edib.

“Qasım Süleymani amerikalıların təhlükəsizliyini və həyatını qorumaq üçün öldürüldü. Belə bir əməliyyatın keçirilməsi vacib idi.

Hesab edirəm ki, ABŞ-ın indiki prezidenti Co Bayden hökuməti bu kimi təhdidlər və hərəkətlər edən İran kimi bir ölkə ilə Vyanada müzakirələr aparmamalıdır. 

Çünki İran rejiminin əli pula və digər imkanlara çatsa, özünün dünya üzrə terror şəbəkəsini yenidən gücləndirəcək və bununla Amerika və onun müttəfiqlərinin təhlükəsizliyini təhlükə ilə üz-üzə qoyacaq, -deyə ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo yanvarın 14-də “Fox News” telekanalına açıqlamasında bildirib. 

Xatırladaq ki, yanvarın 12-də İran lideri Əli Xamneyinin rəsmi saytında ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı hazırlanmış sui-qəsd animasiyası yayılıb.

 Animasiyanın yayılması Qasım Süleymaninin Bağdad hava limanında öldürüləməsinin ikinci ildönümünə təsadüf edib.

“İniqam qətidir” adı ilə yayımlanan və uşaqlara məxsus kompüter oyunları kimi hazırlanan animasiyada ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı terror aktı törətmək üçün, uzaqdan idarə olunan bir robot onun Florida ştatındakı iqamətgahının qolf meydançasına göndərilir, uzaqdan yönləndirilir.

Qeyd edək ki, 2020-ci il yanvarın 3-ü, gecə saat 01:20 radələrində Bağdadın hava limanı yaxınlığında Qasım Süleymani, Həşdi-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerikanın hərbi hava  qüvvələrinin raket hücumuna məruz qalaraq öldürülüb. Hücum nəticəsində, Qasım Süleymani ilə yanaşı, Həşdəş-Şəbi terror şiə qruplaşması başçısının müavini Əbu Mehdi əl-Mühəndis, həmin qruplaşmanın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmmədrza əl-Cabiri və SEPAH-ın daha bir neçə komandiri məhv edilib.

Məşhur terrorçu Qasım Süleymaniyə və digər terrorçulara qarşı hücum, ABŞ-ın keçmiş prezidenti Donald Trampın birbaşa əmri və göstərişi ilə gerçəklşdirilib.

خودروی حامل قاسم سلیمانی بعد از عملیات آمریکا در محدوده فرودگاه بغداد

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar