SON XƏBƏRLƏR

AZƏRBAYCANDA OFİSİ OLAN FOND “ƏL QAİDƏ”ni MALİYYƏLƏŞDİRİR

2021.10.20, 07:36
AZƏRBAYCANDA OFİSİ OLAN FOND “ƏL QAİDƏ”ni MALİYYƏLƏŞDİRİR

Gunaz.tv
AZƏRBAYCANDA OFİSİ OLAN FOND “ƏL QAİDƏ”ni MALİYYƏLƏŞDİRİR ABŞ İslam İrsini Dirçəliş Fonduna sərt sanksiyalar tətbiq etdi 887.jpg ABŞ-ın Maliyyə Nazirliyi Küveytdə yerləşən İslam İrsinin Dirçəlişi Fonduna qarşı maliyyə sanksiyaları tətbiq edib. “Frans press” agentliyinin xəbərində deyilir ki, fond “əl-Qaidə” beynəlxalq terror şəbəkəsini dəstəkləməkdə və maliyyələşdirməkdə şübhəli bilinir. Sanksiyalara görə, bu fondun Amerikanın yuridiksiyası daxilindəki bütün bank hesabları dondurulacaq, aktivlərinə həbs qoyulacaq. Həmçinin ABŞ-dan istənilən fiziki və hüquqi şəxsin fondla əlaqələri qadağan edilir. ABŞ maliyyə nazirinin terrorçuluq və maliyyə kəşfiyyatı üzrə müavini Stüart Levi bəyan edib ki, İslam İrsinin Dirçəlişi Fondu xeyriyyəçilikdən və humanitar yardımdan terrorçuluq fəaliyyətini dəstəkləmək, günahsız mülki şəxslərə ziyan vurmaq, əsasən kasıb insanları bu terror təşkilatına cəlb etmək üçün istifadə edib. Bildirilir ki, Amerika kəşfiyyatı fondu neçə vaxtdır təqib edir. Bundan əvvəl fondun Əfqanıstandakı ofisi “əl-Qaidə” ilə əlaqələrinə görə bağlanıb. Daha sonra fondun Pakistan nümayəndəliyinə qarşı da eyni səbəblərə görə sanksiyalar tətbiq edilib. Lakin fondun Küveytdəki baş ofisi iddia edirdi ki, Pakistan və Əfqanıstan nümayəndəliklərinin fəaliyyətinə görə məsuliyyət daşımır. Bununla belə, Amerika kəşfiyyatı Küveydəki fondun da “əl-Qaidə” ilə əlaqələrinə dair dəlillər aşkar edib. Amerika hökumətinin bildirdiyinə görə, fondun cari fəaliyyətinə rəhbərlik edən şəxslərin İslam İrsinin Dirçəlişi Fondunda cəmlənmiş kapitaldan qanuni və qeyri-qanuni məqsədlər üçün istifadə olunmasından məlumatlı olublar. Bildirilir ki, fondun Azərbaycanda da ofisi fəaliyyət göstərib və sonradan ABŞ hökumətinin tələbi ilə bağlanıb. Fondun Albaniya, Banqladeş, Bosniya və Hersoqovina, Kamboca və Rusiyadakı ofislərinin fəaliyyətinə də eyni səbəblərlə qadağa qoyulub. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar