SON XƏBƏRLƏR

AZƏRBAYCANLA AVROPA BİRLİYİ ARASINDA VİZA REJİMİ SADƏLƏŞDİRİLƏ BİLƏR

2021.10.20, 07:36
AZƏRBAYCANLA AVROPA BİRLİYİ ARASINDA VİZA REJİMİ SADƏLƏŞDİRİLƏ BİLƏR

Gunaz.tv
AZƏRBAYCANLA AVROPA BİRLİYİ ARASINDA VİZA REJİMİ SADƏLƏŞDİRİLƏ BİLƏR Polşanın bu təşəbbüsünü Lüksemburq dəstəkləyib 3283.jpg Lüksemburqun baş naziri Jan-Klaude Cunker bəyan edib ki, Avropa Birliyinin keçmiş SSRİ-nin altı respublikası ilə daha sıx əlaqələri barədə Polşanın təşəbbüsünü dəstəkləyir. Gələcəkdə ittifaqın üzvü ola biləcək ölkələrin sırasında Ukrayna, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Azərbaycanın adları çəkilir. Cuncker bildirib ki, onun hökuməti AB-nin qapılarını üzü Şərqə doğru açmaq barədə Varşavanın planını cidd-cəhdlə dəstəkləyəcək. Lüksemburqun baş naziri bu bəyanatı Varşavada polşalı həmkarı Donald Tuskla birgə keçirdiyi mətbuat konfransında verib. Polşa və İsveç AB-ni digər 27 üzvünün adıçəkilən MDB ölkələri ilə daha yumşaq viza rejiminə keçmələrinə çalışır. Polşa həmçinin bu ölkələrin hər biri ilə ayrılıqda bağlanmış ticarət sazişləri əsasında azad ticarət zonasının yaradılmasını təklif edir. Varşava keçmiş sovet respublikaları ilə daha sıx əlaqələrin Fransanın təklifləri ilə zidd olduğu barədə iddiaları rədd edib. Fransa AB-nin Aralıq hövzəsindəki qonşuları ilə daha sıx əlaqələrə çağırır. Ekspertlər diqqəti belə bir məqama çəkirlər ki, keçmiş sovet blokunun bəzi ölkələri Polşa ilə bilavasitə həmsərhəddirlər. Rusiya tərəfi AB-nin onu kənarda qoyan hər hansı təşəbbüsünə şübhə ilə baxır. Bununla belə, Cunker vurğulayıb ki, Polşa və İsveçin planları üçüncü bir ölkəyə qarşı yönəlməyib. O deyib ki, Avropanın şərqində olub, onlardan şərqdə yerləşən ölkələrlə sıx əlaqələrə çalışmayan Avropa İttifaqı ölkələri böyük səhvə yol vermiş olurlar. Donald Tusk isə bildirib ki, o, Polşa-İsveç planının Avropa İttifaqı liderlərinin iyunun 19-20-də keçiriləcək görüşündə başqa üzv ölkələr tərəfindən dəstəklənəcəyinə inanır. “Biz çox istərdik ki, plan layihəsində göstərdiyimiz konkret təkliflər Avropa Komissiyasının tövsiyələrinə çevrilsin”. Polşa bu təklifini İsveçlə birgə irəli sürüb. Bu ölkələr hesab edir ki, Avropa Birliyi ilə daha geniş əlaqələr sözügedən ölkələrdə demokratiya sahəsində daha geniş islahatlar aparmağa imkan verəcək. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar