SON XƏBƏRLƏR

Azərbaycanlı millət vəklili südeyif Bədri məktəblərdə türk dilinin tədris olunmasını tələb edib – VİDEO

2021.10.20, 07:36
Azərbaycanlı millət vəklili südeyif Bədri məktəblərdə türk dilinin tədris olunmasını tələb edib – VİDEO

Gunaz.tv

GünAz TV: Ərdəbilin İran parlamentindəki millət vəkili türk dilinin tədrisi ilə bağlı olan konstitusiyanın 15-ci maddəsinin icrasını tələb edib.

 

O bu barədə mayın 4-də “Muğan Şahsevən Əşayirlərinin festivalı”nda çıxışı zamanı danışıb.

 

“Müxtəlif namizədlər seçkilərdə bu maddənin icrasını dəfələrlə gündəmə gətiriblər, lakin bu günə qədər bu istiqamətdə hər hansı addım atılmayıb. Ana dilimizin məhv olmaması üçün 15-ci maddə icra olunmalıdır”- deyə o bildirib.

 

S.Bədri ana dilinin tədrisi istiqamətində xüsusi işlər gördüyünü də diqqətə çatdırıb. “Mən ana dilinin tədrisi ilə bağlı 142 millət vəkilindən imza toplayaraq layihə təklifi hazırlamışam. Bu layihyə görə dövlət türk dilinin tədrisi və 15-ci maddənin icrasını təmin etməlidir. Bu barədə sizin də yardımınızla parlamentdə qanun qəbul olunacaq.”

 

https://www.youtube.com/watch?time_continue=4&v=Wb4oYIw_pGw

 

Millət vəkilinin bu sözləri festival iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

S.Bədri aprelin 17-də parlamentin xəbər agentliyi ilə danışığında məktəblərdə ana dilinin tədrisi ilə bağlı layihə təklifinin hazırlandığını bildirərək qeyd etmişdir ki, bu layihə qəbul olunacağı təqdirdə məktəblərdə müxtəlif qövmlərin ana dilinin tədrisinə şahid olacayıq.

 

Azərbaycanlı millət vəkilinin bu sözləri paniranistləri qəzəbləndirərək onları Azərbaycana qarşı hərəkətə gətirmişdir. Onun açıqlamasından sonra Güney Azərbaycana qarşı düşmənçilik mövqeyi ilə seçilən sözdə islahatçı “Qanun” qəzeti “Qövmlərin uçurumu təlimi” başlığı ilə yaydığı məqalədə İranda ana dilinin tədris olunmasını ölkə təhlükəsizliyinin əleyhinə olan amil kimi xarakterizə edib, onun konstitusiyanın 15-ci maddəsinə uyğun gəlmədiyi də qeyd etmişdir.

Qanun qəzeti bundan sonra prezident Həsən Ruhaninin etniklər və dini azlıqların işi üzrə özəl köməkçisi Əli Yunisidən aldığı müsahibəni dərc etmişdir. Ə.Yunisi həmin müsahibədə Azərbaycan türklərinin mövcudluğunu inkar edərək onları farsdilli və kürdlərin əkiz qardaşı adlandırmışdır.

 

Türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması və türk dilinin tədris olunması azərbaycanlıların əsas tələblərindən biridir. Bu tələblər seçkiqabağı təbliğat-təşviqat dönəmində prezident Həsən Ruhaninin əsas şüarlarına çevrilmişdir. Lakin üstündən təxminən 5 il vaxt keçməsinə rəğmən verilən vədlərin heç biri yerinə yetirilməyib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar