SON XƏBƏRLƏR

Babəkin doğum günü qeyd olunacaq

2021.10.20, 07:36
Babəkin doğum günü qeyd olunacaq

Gunaz.tv
Babəkin doğum günü qeyd olunacaq 08063003.jpg 1 iyul 2008-ci il tarixdə saat 12.00-da Xızı şəhərində Dünya Azərbaycanlıları Konqresi (DAK) Azərbaycan xalqının böyük sərkərdəsi, azadlıq simvolu Babək Xürrəminin doğum gününü qeyd edəcək. Tədbir Xızı şəhər İcra Hakimiyyəti ilə birlikdə keçirilir və DAK-ın Azərbaycan Nümayəndəliyi tərəfindən təşkil olunur. Tədbir Güney Azərbaycan türklərinə dəstək mahiyyəti daşıyır. Məlum olduğu kimi, hər il Güney Azərbaycanda soydaşlarımız Babəkin ad gününü Bəzz qalasına yürüş etməklə qeyd edirlər. Ötən il olduğu kimi, DAK rəhbərliyi bu il də Xızı şəhərində çoxsaylı gənclərin iştirakı ilə möhtəşəm tədbir keçirəcək. Tədbirdə DAK həmsədrləri - Sabir Rüstəmxanlı və Firidun Pərviznia, DAK İdarə Heyətinin üzvləri - Abuzər Bağırov (DAK həmsədrlərinin MDB üzrə müavini), İsmayıl Ağayev (DAK Azərbaycan Nümayəndəliyinin sədri), Gülər Əhmədova (Milli Məclisin üzvü), professor Vaqif Arzumanlı və Səftər Rəhimli, DAK Nəzarət-Təftiş Komissiyasının sədri Aqil Fərəcov, DAK NTK sədrinin müavini Babək Tağızadə, DAK NTK katibi Samir Əsədli, DAK Gənclər Təşkiatının sədri Samir Turan, DAK fəalları, Güney Azərbaycanda olan soydaşlarımız və çoxsaylı qonaqlar iştirak edəcəklər. vhp

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar