SON XƏBƏRLƏR

Bazar günü Tehranda önəmli görüş olacaq: “Traxtur”-“Perspolis”

2021.10.20, 07:36
Bazar günü Tehranda önəmli görüş olacaq: “Traxtur”-“Perspolis”

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandası ən prinsipial görüşlərindən birinə hazırlaşır.


İran üzrə futbol klublarının super liqa yarışlarının 17-ci həftəsində “Traxtur” komandası Tehranın “Perspolis” klubunun qonağı olacaq.


Oyun yanvarın 26-ı Təbriz vaxtı ilə saat 15:15-də Azadi stadionunda baş tutacaq.


“Traxtur”-“Perspolis” görüşünü Güney Azərbaycan Televiziyasının (GünAz TV) ekranından canlı olaraq izləyə bilərsiniz.


Qeyd edək ki, Tehranın “Perspolis” və “İstiqlal” komandaları ilə görüş “Traxtur” klubu üçün prinsipial xarakter daşıyır. Bu komandalar rəqib olmaqla yanaşı, görüşlərində tərəfdarları tərəfindən Azərbaycan türk milləti və “Traxtur” klubuna qarşı sistemli şəkildə təhqiramiz şüarlar səsləndirilir. Bu məsələ “Traxtur” tərəfdarlarını sözügedən komandalarla görüşdə daha aktiv olmağa vadar edir.
“Perspolis” klubu isə azarkeşlərini stadiona daha çox toplamaq üçün biletlərin qiymətində xüsusi endirib nəzərdə tutub. Bütün bunları nəzərə aldıqda çox sayda “Traxtur” tərəfdarının bazar günü keçiriləcək görüşdə tamaşaçı qismində iştirak edəcəyi gözlənilir. Şübhəsiz ki, bu oyunun nəticəsi super liqanın çempionunun müəyyənləşməsində önəmli rol oynayacaq.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar