SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı Əlirza Fərşi barəsində çıxarılan ağır məhkəmə hökmünün ləğv edilməsini tələb edib

2021.10.20, 07:36
Beynəlxalq Əfv Təşkilatı Əlirza Fərşi barəsində çıxarılan ağır məhkəmə hökmünün ləğv edilməsini tələb edib

Gunaz.tv

GünAz TV: Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı milli-mədəni fəal mühəndis Əlirza Fərşi barəsində çıxarılan həbs və sürgün cəzasının ləğv edilməsini tələb edən bəyanat yayıb. 

 

Ə.Fərşi 3 il əvvəl Beynəlxalq Ana Dili Günündə (21 fevral) İranda türklərin ana dili ilə bağlı hüquqlarının bərpası uğrunda apardığı mədəni fəaliyyətlərinə görə məhkəmə tərəfindən 15 il həbs və 2 il sürgünə məhkum edilib.

 

Beynəlxalq Əfv Təşkilatının yaydığı bəyanatda bildirilir ki, İnsan haqları müdafiəçisi Əlirza Fərşi 3 il əvvəl azlıqların ana dili ilə bağlı hüquqlarının müdafiəsi və sülh məqsədi ilə apardığı digər fəaliyyətlərə görə, belə bir gündə saxlanılıb. O barışcıl fəaliyətləri ilə əlaqədar uzunmüddətli həbs cəzasına məhkum edilib.

 

Beynəlxalq insan haqları qurumu Əlirza Fərşinin mühakimə prosesini tənqid edib: “Məhkəmə Əlirza Fərşinin dinc fəaliyyətlərini cinayət dəlili hesab edib... Hökmdə dəfələrlə ‘sözdə ana dili günü’ ifadəsinə yer verilib və bu beynəlxalq münasibət lağa qoyulub. Mühakimədə Əlirza Fərşinin fəaliyyətlərinin ‘bölücülük və pantürkist fəaliyyətlər’ olduğu iddia edilib.”

 

“Dünya Ana Dili Günündə Əlirza Fərşinin yanında olun. İran rəsmilərinə xatırladın ki, azlıqların hüququnu müdafiə etmək cinayət deyil. İranın türk icmasından olan Əlirza Fərşi Dünya Ana Dili Gününə dair online kampaniyanın təsisçisidir,” deyə məşhur insan haqları təşkilatının bəyanatında qeyd edilib.

 

Ə.Fərşi hökumət rəsmilərindən Beynəlxal Ana Dili Günü münasibəti ilə mərasim keçirməyə şərait yaradılmasını tələb edən Online Kampaniyanın təşəbbüskarı olub. O bu fəaliyyətinə görə, Tehran Əyaləti İnqilab Məhkəməsinin bir şöbəsi tərəfindən 15 il həbs və 2 il Xuzistan Əyalətində sürgün yaşamaq cəzasına məhkum edilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar