SON XƏBƏRLƏR

Birləşmiş Ərəb Əmirliyində erməni təxribatının qarşısı alınıb.MÜSAHİBƏ

2021.10.20, 07:36
Birləşmiş Ərəb Əmirliyində erməni təxribatının qarşısı alınıb.MÜSAHİBƏ

Gunaz.tv
Birləşmiş Ərəb Əmirliyində erməni təxribatının qarşısı alınıb Samir İmanov:"Ermənilərin sayının azərbaycanlılardan on dəfə artıq olmasına baxmayaraq, bizim diasporamız güclüdür" Birləşmiş Ştatlar və Avropa ölkələri ilə yanaşı ərəb ölkələrində də Azərbaycan diasporası getdikcə güclənir və Azərbaycanın haqq səsinin ərəb dünyasına çatdırılması istiqamətində müvafiq addımlar atır. Ərəb ölkələrində azərbaycanlıların ermənilərə nisbətən az olmasına baxmayaraq soydaşlarımızın həmin ölkələrin müxtəlif sahələrində çalışdıqlarını deyən Birləşmiş Ərəb Əmirliyinin Dubay Əmirliyindəki Azərbaycan Cəmiyyətinin sədri Samir İmanov adı çəkilən əmirlikdə soydaşlarımıza diqqətin getdikcə artdığını da vurğulayıb. Samir İmanov hər bir sahədə Azərbaycana dəstək olan Birləşmiş Ərəb Əmirliyi ilə ölkəmiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinin də vacib olduğunu söyləyib. Cəmiyyət sədri bunun üçün hər iki ölkənin kifayətqədər imkanları və potensialının olduğunu vurğulayıb. Samir müəllim, Birləşmiş Ərəb Əmirliyində təxminən nə qədər azərbaycanlı yaşayır? -Birləşmiş Ərəb Əmirliyində min azərbaycanlı yaşayır. Ümumilikdə hər bir azərbaycanlının ailə üzvlərini də bu sıraya əlavə etsək, bəlkə min nəfərdən bir qədər artıq olar. Azərbaycanlılar Birləşmiş Ərəb Əmirliyinin Dubay Əmirliyində cəmiyyətin müxtəlif sahələrində çalışırlar. Şəxsi şirkət sahibləri, Birləşmiş Ərəb Əmirliyinin müxtəlif televiziya kanallarında çalışan soydaşlarımız var. Birləşmiş Ərəb Əmirliyinin üçüncü mühüm əmirliklərindən sayılan Şarjı Əmirliyinin dövlət televiziyasında baş mühəndis vəzifəsində məhz azərbaycanlı çalışır. Bundan başqa Dubayın yerli ingilis və ərəb dili qəzetlərində, bir sıra böyük şirkətlərdə, ticarət mərkəzlərində çalışan soydaşlarımız var. Azərbaycanlılar demək olar ki, Birləşmiş Ərəb Əmirliyinin bütün sahələrində fəaliyyət göstərirlər. -Birləşmiş Ərəb Əmirliyində Azərbaycan diasporasının səviyyəsi sizi qane edirmi və diasporanın inkişafı istiqamətində atılan addımlar yaşadığınız ölkədə də hiss edilirmi? -Son illər ərzində bu istiqamətdə inkişaf özünü göstərir. Etiraf etmək lazımdır ki, bu işin başlanğıcında insanları bir yerə toplamaq, onların birgə fəaliyyətini koordinasiya etmək bir qədər çətin idi. Bunun da müəyyən səbəbləri vardı. Lakin son illər soydaşlarımız özləri buna maraq göstərirlər. Birləşmiş Ərəb Əmirliyinə yeni gəlmiş soydaşlarımız özləri məni taparaq bizim tədbirlərə qoşulur, öz yardımlarını təklif edirlər. Xüsusilə, 2008-ci ildə Birləşmiş Ərəb Əmirliyindəki Azərbaycan diasporasının fəaliyyəti çox yüksək həddə çatıb. Azərbaycan diasporasının bu günkü səviyyəyə çatmasının səbəbkarı və bu işin bünövrəsini qoyan ümummilli lider, mərhum prezident Heydər Əliyev olub. Onun zamanında atdığı addımlar bu gün öz bəhrəsini verir. Mərhum prezidentin uzaqgörən siyasəti nəticəsində yaradılan Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi də diasporanın inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmir və hər bir ölkədə fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinə, ayrı-ayrı diaspora təşkilatlarına istənilən yardımı göstərir. Birləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti kimi daim Dövlət Komitəsinin dəstəyini və onun köməyini hiss etmişik. Keçirmək istədiyimiz bütün tədbirlərə Dövlət Komitəsi hər cür dəstək verib. -Azərbaycan Cəmiyyəti olaraq il ərzində hansı tədbirlər keçirməyi nəzərdə tutmusunuz? -Birləşmiş Ərəb Əmirliyində Azərbaycan Cəmiyyəti yaranan ilk gündən Azərbaycan tarixində baş verən sevincli və kədərli günləri yüksək səviyyədə qeyd edir. Hər bir tədbir barədə yerli kütləvi informasiya vasitələrində müsahibələrim dərc edilir. Həmin materialları Azərbaycanın müvafiq dövlət qurumları, eləcə də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə təqdim edirik ki, həqiqətən də Birləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin fəal olduğunu görsünlər. Azərbaycanın hər bir vətəndaşına məlum olsun ki, Azərbaycan Cəmiyyəti olaraq ölkəmizin haqq səsi, eləcə də onun problemlərinin ərəb ölkələrinə çatdırılması üçün əlimizdən gələni əsirgəmirik. Birləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən Azərbaycan səfirliyində bu sahədə müvafiq işlər görür. Lakin səfirlik siyasi bir qurum olduğu üçün onlar bəzi məhdudiyyətlərlə qarşılaşırlar. Lakin biz siyasi bir qurum olmadığımız üçün bizə heç bir məhdudiyyət yoxdur. Artıq Azərbaycan Cəmiyyətinin rəhbəri kimi məni Birləşmiş Ərəb Əmirliyində bir əcnəbi kimi qəbul etmirlər. Həyatımın təxminən 20 ilini ərəb ölkələrində yaşamışam ki, bu da həmin ölkələrlə yaxından tanış olmağa, bu ölkələrin rəsmi dairələri ilə əlaqələr yaratmağa müsbət təsirini göstərib. Dubay Əmirliyi siyasətdən kənar, sırf iqtisadi maraqların üstünlük təşkil etdiyi bir əmirlik olmasına və orada digər ölkələrin siyasi həyatında baş verən proseslər müzakirə edilmədiyinə baxmayaraq biz istər 31 mart azərbaycanlıların soyqırım günü, istər Xocalı faciəsi ərəfəsində bununla bağlı Birləşmiş Ərəb Əmirliyinin ictimaiyyətinə geniş məlumat verir, həmin illərdə baş verən hadisələr barədə şeyxə məxsus olan qəzetlərdə materiallar dərc edilir. Bir sıra rəsmi şəxslərlə də şəxsi münasibətlərimiz var. Bütün bunlarla yanaşı Azərbaycan Cəmiyyəti Birləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən erməni diasporasının təxribatçı əməllərinin qarşısını da alır. Məlum olduğu kimi, ermənilər hər il qondarma "soyqırım" tarixini qeyd edirlər. Biz də öz növbəmizdə müxtəlif vasitələrlə ermənilərin uydurma materiallarının yerli qəzetlərdə çap edilməsinin qarşısını alırıq. Demək olar ki, Birləşmiş Ərəb Əmirliyinin heç bir mətbu orqanında bu barədə məlumat verilmir. -Birləşmiş Ərəb Əmirliyinin Azərbaycana qarşı olan münasibəti sizi qane edirmi? -İki ölkə arasında olan münasibətlər çox yaxşıdır. Hərə ümummilli lider, mərhum prezident Heydər Əliyev Birləşmiş Ərəb Əmirliyinin mərhum prezidenti Şeyx Zahid əl-Nəhyan ilə görüşərkən iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb və Azərbaycana dəstək olduqları bildirilib. Birləşmiş Ərəb Əmirliyi Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra bizə hərtərəfli dəstək vermiş ölkələrdən biridir. 2006-cı ilin sonunda prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliyinə rəsmi səfəri oldu və bu səfər də öz növbəsində tərəflər arasında münasibətlərin daha da inkişaf etdirilməsinə təkan verdi. Dövlət başçısının bir sıra görüşlərini müşahidə edən bir şəxs kimi deyə bilərəm ki, Azərbaycan prezidentinin Birləşmiş Ərəb Əmirliyinə səfəri çox yüksək səviyyədə keçdi. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliyinə rəsmi səfərindən sonra bu ölkədə yaşayan azərbaycanlılara qarşı olan diqət bir qədər də artdı və soydaşlarımızın üzləşdikləri istənilən problemlərin həlli istiqamətində onlara yardım edilir. -Birləşmiş Ərəb Əmirliyində nə qədər erməni yaşayır və onların Azərbaycan diasporasına, eləcə də sizin rəhbərlik etdiyiniz cəmiyyətə təsiri nə dərəcədədir? -Birləşmiş Ərəb Əmirliyində ermənilərin sayının azərbaycanlılardan on dəfə artıq olmasına baxmayaraq bizim diasporamız onlardan güclüdür. Onlar əsasən ərəb dilli və əsasən Suriya və Livan erməniləridir. Ermənilərin istər Azərbaycan, istərsə də Türkiyəyə qarşı olan təxribatlarının da qarşısını alırıq. Bir müddət əvvəl ermənilərin iki təxribatının qarşısını aldıq. Onlar idman zallarında "Livana qaçış" adlı film yaymağa cəhd göstərirdilər. Həmin filmdə guya türklərin onları soyqırıma məruz qoyduqları əks olunurdu. Mən də müəyyən əlaqələrdən istifadə edərək bunun qarşısını aldım və bütün idman klublarında bu filmin nümayişi əngəlləndi. Hətta həmin disklər müxtəlif mağazalarda satılırdı. Bizim ciddi cəhdlərimiz nəticəsində həmin disklərin satışının da qarşısı alındı və səbəbkarlar cəzalandırıldı. Eyni zamanda qondarma soyqrım barədə Birləşmiş Ərəb Əmirliyində nəşr olunan qəhetlərdə müəyyən məlumatlar vermək istəyirdilər ki, bunun da qarşısını almağa nail olduq. -Deməli cəmiyyət olaraq Birləşmiş Ərəb Əmirliyində Azərbaycan barədə tam təəssürat yaratmağa nail olmusunuz. -Əlbəttə elədir. Mənim iş günümün 95 faizi Azərbaycanla bağlıdır və Azərbaycanın problemlərini ərəb ictimaiyyətinə çatdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edirəm, -Dubay Əmirliyi turizmin inkişaf etdiyi regionlardan biri sayılır. Azərbaycanla Dubay arasında turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün cəmiyyət olaraq hansısa layihələr həyata keçirməyi nəzərdə tutmusunuz? -Dubay Əmirliyi ilə yanaşı Azərbaycanda da kifayətqədər turizm zonaları var. Bu sıraya müalicəvi əhəmiyyət daşıyan turizm zonalarını da aid etmək olar. Onun üçün bu sahədə əlaqələri inkişaf etdirmək olar. Xüsusilə bir sıra tanınşı ərəb ailəsi müntəzəm olaraq hər il Azərbaycana gəlib burada ov mövsümündə ovla məşğul olmağı, turizm obyektlərində istirahət etməyi sevirlər. Ancaq bunun üçün Azərbaycanda turizmi bir qədər də inkişaf etdirmək lazımdır. Hətta mən istərdim ki, Azərbaycan turizm sahəsində Dubayı belə üstələsin. Prezident İlham Əliyev də Abu-Dabidə keçirilən biznes forumda çıxış edərkən bildirdi ki, Dubayda tərəqqi çox inkişaf edib və biz də onlardan müəyyən şeyləri öyrənib tətbiq edə bilərik. Azərbaycanın imkanları şərait yaradır ki, bu sahəni daha da inkişaf etdirək. Birləşmiş Ərəb Əmirliyində səhradan başqa bir şey yoxdur. Ancaq buna baxmayaraq onlar səhrada "cənnət" yaradıblar. Ümid edirəm ki, bir neçə il ərzində Azərbaycan turizm sahəsində Dubayı keçəcək. -İki ölkə arasında iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsi üçün hansı addımların atılmasını vacib hesab edirsinizğ Yaxın vaxtlarda iş adamlarının qarşılıqlı səfərləri nəzərdə tutulubmu? -Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliyinin xarici ticarət naziri Şeyxə Lubnə Əl-Qasimi geniş bir heyətlə Azərbaycana səfər etdi. Həmin səfərdən sonra ərəb qəzetlərində dərc edilən məqalələrdə qeyd olunurdu ki, Azərbaycanla Birləşmiş Ərəb Əmirliyi arasında iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsi üçün yeni perspektivlər var, lakin bu perspektivlərdən çox az istifadə edilir. Xanım Lubna da öz növbəsində ərəb biznesmenlərinin Azərbaycana sərmayə qoymasını tövsiyyə edib. Birləşmiş Ərəb Əmirliyində Azərbaycanda xarici sərmayələrin qorunması, iş adamlarına geniş imkanların yaradılmasını və ölkədə sabitliyin mövcud olduğunu çox gözəl bilirlər. Bu səbəbdən ərəb biznesmenlərinin yaxın vaxtlarda Azərbaycana sərmayə qoyacaqları istisna edilmir. Süleyman olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar