BMT-nin xüsusi nümayəndəsi İran rejiminin Güney Azərbaycanda insan hüquqlarını pozduğuna təkid edib – Hesabat

19.08.2019, 09:17

GünAz TV: BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhman ikinci dövri hesabatında İran rejiminin Güney Azərbaycanda insan hüquqlarını pozduğunu təkidlə bildirib.

 

Avqustun 16-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasına təqdim olunan “İranda insan hüquqları vəziyyəti” adlı hesabatda Güney Azərbaycanda İran rejimi tərəfindən tapdalanan insan hüquqlarına təkidlə işarə olunub, lakin farsdilli mətbuat orqanları irqçiliyə yol verərək hesabatın bu hissəsini senzura ediblər.

 

Hesabatda Azərbaycanla bağlı qeyd olunan mətləblər Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti tərəfindən fars dilinə tərcümə edilərək Cəmiyyətin Teleqram kanalında yayılıb.

 

Hesabatın İnsan Hüquqları Şurasının 40/18 qətnaməsinə müvafiq olaraq hazırlandığı bildirilib.

 

“Bu mərkəz İranda etnik və dini azlıqlarla bağlı dəqiq araşdırma aparıb. Ötən il BMT-nin xüsusi nümayəndəsi insan hüquqları pozuntuları qurbanları ilə də görüşüb. Onların ailələri, insan hüquqları müdafiəçiləri, hüquqşünaslar, Frankfurt, Brüssel, Cenevrə, Haaqa və Vyanada mədəni təşkilatların nümayəndələri, həmçinin İran İslam Cümhuriyyətinin rəsmiləri Cenevrə və Nyu-Yorkda mövzu ilə bağlı BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi ilə görüş keçiriblər.

Cavid Rəhman İrana gedib məsələni yaxından araşdırmağı vacib hesab etdiyi üçün bu barədə İrana növbəti dəfə müraciət edib, ölkə rəsmilərindən araşdırma aparmaq üçün İrana səfər etməsinə icazə istəyib.

O İran rejiminin türklər, bəluçlar, kürdlər, ərəblər və s. kimi etniklərə münasibətini də tənqid edib.”- deyə hesabatın bir hissəsində qeyd olunub.

 

Bildirilib ki, İran Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın bir üzvü olaraq irq, din, dil, etnik və s. kimi mövzularda ayrı-seçkiliyə son qoymalı və beynəlxalq qadağaya riayət etməlidir. “Etnik və dini azlıqlara qarşı insan hüquqları pozulur. Bu ayrı-seçkilik işini itirmək, təhsilə qoyulan məhdudiyyət, ozbaşına saxlamalar və hətta edam hökmlərinə belə şamil olunur. Edam hökmləri bir çox halda ittihamlara uyğun gəlmir. Dil azadlığını müdafiə edənlər və dinc etiraz aksiyalarına qatılanlar və s. qanunsuz olaraq saxlanılır və təzyiqlərə məruz qalır.

 

Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 18-ci maddəsinə görə, hər kəsin din və əqidə azadlığı var. 27-ci madədə isə öz mədəniyyətindən ləzzət almaq, dinindən bəhrələnmək və öz dilini istifadə etmək kimi hüquqlar önə çəkilib.

 

Hesabatda irq, dil, etnik və s. kimi amillərdən asılı olmayaraq hər kəsin qanun qarşısında eyni olduğunu, fars dili ilə yanaşı məktəblərdə ana dilinin də tədris olunmasını ehtiva edən İran konstitusiyasının 19-cü və 15-ci maddələri xatırladılıb. Lakin azlıqlara mənsub uşaqların ana dilinin tədris olunması ilə bağlı bunun tam yetərli olmadığı da qeyd olunub.

 

İran dövləti Kürdistan Universitetinin 2015-ci ildən və Təbriz Universitetinin 2016-cı ildən sıralama ilə kürd və türk dili ixtisasları üzrə öyrənci qəbul etdiklərini BMT-nin xüsusi nümayəndəsinə açıqlayıb.

 

Həmçinin qeyd olunub ki, 2014-cü ildə İran dövləti etnik və dini azlıqlarla bağlı vurğulanan tövsiyyələrin 12-i ilə razılaşıb, bu istiqamətdə müəyyən addımlar da atılıb. Buna baxmayaraq İran konstitusiyası və islam cəza qanunlarının mahiyyətində ayrı-seçkilik olduğu üçün etniklərin əsas hüquqları ilə əlaqədar heç bir dəyişiklik olmur.

 

BMT-nin xüsusi nümayəndəsi hazırladığı hesabatda İranda Azərbaycan türklərinin hüquqlarının pozulduğuna təkidlə işarə edib.

“Azərbaycan türkləri İran tərəfindən “azəri” də adlandırılır. Onlar Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncanda yaşayır. Azərbaycan türkləri İranda ən böyük etnik azlıq sayılır, onların böyük əksəriyyəti şiə müsəlmanlardır.

 

BMT-nin xüsusi nümayəndəsinin əldə etdiyi məlumata görə, ötən bir il ərzində ən azı 82 Azərbaycan türkü özbaşına məmurlar tərəfindən saxlanılıb və həbs olunub. Onların arasında 6 ilədək həbs cəzasına məhkum edilənlər  var. Saxlanılanlardan 6-ı ağır təzyiqlər altında sorğu-suala tutulub.

 

Bu rəqəm Şərqi Azərbaycanda “Traxtur” futbol klubunun tərəfdarlarına da şamil olur. Onlar 2019-cu il mayın 2-də “Traxtur”la “Perspolis”in səhənd stadionundakı görüşü zamanı öz komandalarını təşviq etdiklərinə və Azərbaycanca mahnı oxuduqlarına görə saxlanılıb.

 

Başqa bir dosyeyə görə, 2018-ci il iyulun 2-də şair, yazıçı və azərbaycanlı insan hüquqları müdafiəçisi Abbas Lisani heç bir ittiham olmadan saxlanılıb. O birinci olaraq 2 həftə saxlandı, sonra 500 milyon riallıq mülki vəsiqə qarşılığında sərbəst buraxıldı.

İran rəsmiləri onu 2019-cu il yanvarın 5-də yenidən saxlayıb, bir gün sonra sərbəst buraxıblar. O fevralın 26-da Qərbi Azərbaycan əhalisini silahlanmağa təşviq etmək, milli təhlükəsizliyi təhdid etmək, qanunsuz qrup yaratmq və sistemin əleyhinə təbliğat aparmaq kimi qondarma ittihamlarla üzləşib. Əldə olunan məlumata görə, bu hesabat hazırlandığı zaman Abbas Lisani zindanda saxlanılır və aclıq aksiyası keçirir.

 

Ozbaşınalığa yol verilərək saxlanılan Azərbaycan türklərinin arasında hüquq üzrə təhsil alan bir gənc də var. O 2018-ci il iyulun 3-də İranın təhlükəsizlik qüvvələri  tərəfindən saxlanılıb. Gənc öyrənci mədəni fəaliyyəti müddətində 30 dəfə saxlanılıb. O 3 dəfə islam cümhuriyyətinə qarşı təbliğat aparmaq və bölücülükdə ittiham olunub.

 

2019-cu ilin aprel ayında Şərqi Azərbaycan Apelyasiya Məhkəməsi azərbaycanlı fəal Səhənd Məalini 10 ay həbs cəzasına məhkum edib. O etniklərin hüquqlarının təmini ilə bağlı Babək qalası yığıncağına çağırış etməklə sistemin əleyhinə təbliğat aparmaqda ittiham olunaraq həbsə məhkum olunub.”- deyə hesabatda Güney Azərbaycanla bağlı qeyd olunub.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18

gun az article

Urmuda 6 məhkum edam edilib

2023-03-17

gun az article

"Hədis" animasiya filmi Onsi Beynəlxalq Festivalına qəbul edilib

2023-03-17

gun az article

Təbrizin mərkəzində milli məzmunlu şüarlar yazılmış baner asıldı

2023-03-17

gun az article

Azərbaycanlı yazıçı Süsən Nəvadeyi Rəzi vəfat edib

2023-03-17

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Cilovluq qətliamından günümüzə”- VİDEO

2023-03-17

gun az article

Xoyda zəlzələ baş verib

2023-03-16

gun az article

Güneyli fəallar Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım göndəriblər

2023-03-16

gun az article

Səid Mətinpur: "Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq"

2023-03-16

gun az article

Minlərlə ərbədilli Balıqlı çayının sahilinə toplaşdı: Ənənəvi "Suüstü" bayram törəni keçirilib

2023-03-16

gun az article

“Görüş”: “Keçən ildə Quzey Azərbaycanda ən mühüm hadisələr” və  “Keçən ildə İranda və Güney Azərbaycanda baş verən hadisələr” 

2023-03-16

gun az article

Güneyli Nobel mükafatı laureatı: "SEPAH-ı terror təşkilatı kimi tanıyın"

2023-03-16

gun az article

“İranın Azərbaycandakı casus şəbəkəsi darmadağın edilməlidir”- Əhməd Obalı

2023-03-15

gun az article

Təbrizdə milli şüarlar səsləndirilib-VİDEO

2023-03-15