SON XƏBƏRLƏR

Britaniyanın Sahil Qüvvələri 60 iranlı, əfqan və iraqlı qanunsuz miqrantı xilas edib

2021.10.20, 07:36
Britaniyanın Sahil Qüvvələri 60 iranlı, əfqan və iraqlı qanunsuz miqrantı xilas edib

Gunaz.tv

GünAz TV: Britaniyanın Sahil və Sərhəd Qüvvələri La-Manş kanalında kiçik qayıqla çətin vəziyyətdə olan 60  İran, İraq və Əfqanıstan vətəndaşını xilas ediblər.

 

Yayılan məlumatlara görə, qayıqda qadınlar və bir azyaşlı uşaq da olub. Qaçaq yolla mühacirət edənlər Fransa ilə Britaniya arasında ən qısa yol olan La-Manş boğazından istifadə edirlər.

 

Digər tərəfdən, ötən gün Fransanın sözügedən su yolu ilə Britaniyaya qanunsuz miqrasiya etmək istəyən 14 nəfəri həbs etdiyi barədə xəbərlər yayılıb.

 

Hər iki ölkə dəfələrlə xəbərdarlıq ediblər ki, La-Manş boğazında qayıqla hərəkət etmək qanunsuz miqrantların həyatını təhlükəyə atır.

 

Xatırladaq ki, İranda son illər yaşanan ağır iqtisadi vəziyyət, özbaşınalıq, qanunsuzluq, korrupsiya, ədalətsizlik və digər bu kimi xoşagəlməz hallara görə, bu ölkə vətəndaşları müxtəlif yollarla ölkəni tərk edib, daha yaxşı həyat yaşamaq üçün başqa ölkələrdə məskunlaşmağa çalışırlar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar