SON XƏBƏRLƏR

Təbrizdə Telekommunikasiya Şirkətinin təqaüdçüləri aksiya keçirib

2022.03.08, 11:33
Təbrizdə Telekommunikasiya Şirkətinin təqaüdçüləri aksiya keçirib

Gunaz.tv

Aksiya iştirakçıalrı şirkətin binasının qarşısına toplaşaraq yaşayış şəraitlərinin çətinliyindn narazılıqlarını bildirib, gecikdirilmiş təqaüdlərinin ödənilməsini istəyiblər.

Etirazçılar istəklərinə cavab verilmədiyi təqdirdə qarşıdakı günlərdə etiraz aksiyalarını Təbriz fərmandarlığı və əyalət valiliyi binası qarşısında keçirəcəkləri barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, Şərqi Azərbaycan əyalətinin Telekommunikasiya Şirkətinin 2700 nəfər təqaüdçüsü var və onların çoxunluğu təqaüdlərinin azlığı ilə yanaşı vaxtında ödənilməməsindən narazıdırlar.

Qeyd edək ki, bundan öncə fevralın 22-də Təbrizdə Telekommunikasiya Şirkətinin işçiləri də etiraz aksiyası keçirib.

Onlar gecikdirilmiş əmək haqlarının, bayram ödənişlərinin, mükafatların verilməsini  tələb edib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar