SON XƏBƏRLƏR

Bu gün(10 iyul) azərbaycanlı sülhməramlılar Əfqanıstana gedirlər

2021.10.20, 07:36
Bu gün(10 iyul) azərbaycanlı sülhməramlılar Əfqanıstana gedirlər

Gunaz.tv
Bu gün azərbaycanlı sülhməramlılar Əfqanıstana gedirlər 20080710125108_1.jpg Bu gün Azərbaycan sülhməramlıları Əfqanıstana yola düşür. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə, 22 nəfər Azərbaycan sülhməramlısı hərbi xidmət müddəti başa çatmış həmkarlarını əvəz edəcəklər. Yaxın günlərdə isə eyni sayda sülhməramlımız xidmətini başa vuraraq Əfqanıstandan Vətənə dönəcək. Qeyd edək ki, Azərbaycan ordusunun sülhməramlı qüvvələri Əfqanıstanla yanaşı, İraqda da xidmət edir. ANS PRESS -------------------------------------------------------------------------------- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 20080710124931_1.jpg Ermənistan silahlı qüvvələri iyulun 9-u saat 10.45-dən başlayaraq axşam saat 22-yə kimi Berd rayonunun Mosesqex kəndi və Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdən, həmçinin Goranboyun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini fasilələrlə avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda qarşı tərəf cavab atəşilə susdurulub, itki yoxdur. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar