SON XƏBƏRLƏR

Bu gün Ankarada Türkiyə, İran və Rusiya prezidentlərinin görüşü keçiriləcək

2021.10.20, 07:36
Bu gün Ankarada Türkiyə, İran və Rusiya prezidentlərinin görüşü keçiriləcək

Gunaz.tv

GünAz TV: Bu gün Ankarada Türkiyə, İran və Rusiya prezidentləri Suriya məsələsini müzakirə edəcəklər.

 

Müzakirələrin əsas istiqamətinin Bəşər Əsəd rejimi və Rusiyanın İdlibdə həyata keçirdiyi son ağır bombardımanlar olacağı gözlənilir.

 

Son həftələr ərzində Rusiya və Əsəd qüvvələri İdlibdə aktivləşib. Onların həyata keçirdikləyi ağır bombardımanlar zamanı onlarla sivil vətəndaş ölüb.

 

Digər tərəfdən, İran və Rusiyanın Əsəd rejiminin əsas müttəfiqləri olmalarına baxmayaraq, rəsmi Ankara müxalifləri dəstəkləyir.

 

İran 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan sonra bu ölkəyə müdaxilə edən və Bəşər Əsədin öz xalqını qətliam etməsinə yardım edən başlıca ölkədir. O vaxtdan bu günə qədər rəsmi Tehranın bu müharibəyə hər il azı 15-20 milyard dollar pul xərclədiyi bildirilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar