SON XƏBƏRLƏR

Bu gün Azərbaycan ən stabil və təhlükəsiz ölkələrdən biridir

2021.10.20, 07:36
Bu gün Azərbaycan ən stabil və təhlükəsiz ölkələrdən biridir

Gunaz.tv
“Bu gün Azərbaycan ən stabil və təhlükəsiz ölkələrdən biridir" image.php?img=5749 “Bu gün Azərbaycan ən stabil və təhlükəsiz ölkələrdən biridir”. Bu barədə Azərbaycanın daxili işlər naziri Ramil Usubov Avropa Şurasının nümayəndələri ilə görüşündə söyləyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən RİA-ya verilən məlumata görə, Ramil Usubov iyunun 12-də Avropa Şurasının Demokratiya və Siyasi məsələlər üzrə Baş Direktoratının Siyasi məsləhət və əməkdaşlıq üzrə direktoru xanım Klaudiya Luçianini və Avropa Şurası Baş Katibinin Azərbaycana yeni təyin olunmuş xüsusi nümayəndəsi xanım Veronika Koteki qəbul edib. Ramil Usubov görüşdə DİN ilə Avropa Şurası və onun Bakı nümayəndəliyi arasında mövcud əlaqələrdən danışıb. O qeyd edib ki, son 10 il ərzində Avropa Şurasının «Polis və İnsan hüquqları», «Qanunun Aliliyinin möhkəmləndirilməsi üzrə əməkdaşlıq» və «İnsan hüquqlarına riayət edilməsi mədəniyyəti» Proqramları çərçivəsində keçirilmiş 10-a yaxın müxtəlif mövzulu seminarlarda 500 nəfərdən artıq poils əməkdaşı iştirak edib. Bu əməkdaşlıq çərçivəsində, bir qayda olaraq, hər il Bakıda və respublikanın ayrı-ayrı şəhər və rayonlarında 2-3 dəfə seminarlar keçirilir. 2008-ci ildə 3 belə tədbirin keçirilməsi nəzərdə tutulub və «İğtişaş zamanı insan hüquqlarının qorunması» mövzusunda ilk seminar ötən ayın 20-22-də Şəki şəhərində keçirilib. Rimil Usubov vurğulayıb ki, insan hüquqlarına riayət olunması, polisin gündəlik işində demokratik dəyərlərin möhkəmləndirilməsi yollarının öyrənilməsi problemlərinə həsr edilmiş seminarlar və elmi-praktiki konfranslar müntəzəm olaraq ölkəmizdə də keçirilir. ötən illər ərzində Avropa Şurası, ATƏT, BMT və digər beynəlxalq təşkilatların xətti ilə təşkil olunmuş 100-dən çox forum, müşavirə, treninq, seminar və təlimlərdə daxili işlər orqanlarının 2000-dən çox əməkdaşı iştirak edib. Qeyd olunan tədbirlərin yüksək səviyyədə keçirilməsinin təmini üçün bu işə Almaniya, Avstriya, İngiltərə, Fransa, Belçika, İspaniya, İsveçrə, Danimarka, Hollandiya və İtaliyanın polis və digər hüquq mühafizə orqanlarının yüksək ixtisaslı mütəxəssisləri cəlb edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar