SON XƏBƏRLƏR

Bu projedə çalışan işçilər əmək haqlarını ala bilmədikləri üçün işlərini dayandırıblar – Sulduzda

2021.10.20, 07:36
Bu projedə çalışan işçilər əmək haqlarını ala bilmədikləri üçün işlərini dayandırıblar – Sulduzda

Gunaz.tv

GünAz TV: Tunel qazma və Sulduz “Kani sib” bəndinin suyunu Urmu gölünə intiqal etmə projesinin işçiləri əmək haqlarını vaxtı-vaxtında ala bilmədiklərinə etiraz bildiriblər.


Əldə olunan məlumata görə, projedə çalışan bütün işçilərin əmək haqları yaz fəslinin əvvəlindən ödənilməyib. İşçilər bu vəziyyətə etiraz olaraq bir neçə gündür işlərini dayandırıblar.


Projeni icra edən məsullar İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) təqaüdə çıxmış və indiki üzvlərindən ibarətdir. Məsullar işçilərdən işə gəlmələrini tələb ediblər, lakin onlar tələbləri yerinə yetirilməyənədək işə çıxmayacaqlarını bildiriblər.


“Sepah”ın “Xatəm Qərargahı” sözügedən proje ilə bağlı dövlətdən kalan məbləğdə pul alsa da işlər vaxtı-vaxtında görülmür, projenin icrası bu günədək dəfələrlə dayandırılıb. Projedə işlərin yekunlaşmaması Urmu gölü böhranının dərinləşməsinə, nəticə etibarı ilə bölgədə yaşayan əhaliyə xüsusi problemlər yaradır.


“Sepah” projedə çalışanların təxminən 70 faizini uzaq bölgələrdən gətirib, yerli insanların işə götürülməməsi əhali arasında ciddi narazılığa səbəb olub.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar