SON XƏBƏRLƏR

Dağlıq Qarabağ ermənilərinin ilk separatçı qərarından 20 il ötdü

2021.10.20, 07:36
Dağlıq Qarabağ ermənilərinin ilk separatçı qərarından 20 il ötdü

Gunaz.tv
Dağlıq Qarabağ ermənilərinin ilk separatçı qərarından 20 il ötdü shusha.jpg Bu gün Dağlıq Qarabağ vilayət şurasının Azərbaycanın tərkibindən çıxmaq barədə qərar qəbul etməsindən 20 il ötür. Azərbaycan erməni separatçılarının başladığı bu müharibədə 30 min insan itirib, 1 milyon adam qaçqın düşüb. Ermənilərin separatçı hərəkatı 1987-ci ilin avqustunda vüsət götürüb. Onlar Dağlıq Qarabağın Azərbaycanın tərkibindən ayrılması ilə bağlı Moskvaya 10 minlərlə məktub göndəriblər. Bu hərəkat noyabrın 16-da SSRİ prezidenti Mixail Qorbaçovun müşaviri Abel Aqanbekyan səviyyəsində dəstəklənib. Aqanbekyan Parisdə çıxışı zamanı Qarabağın Ermənistana birləşdirilməsini dəstəkləyib. Elə həmin ay Qafan rayonunda azərbaycanlılara ilk hücumlar qeydə alınıb. 1988-ci ilin yanvarında ermənilər azərbaycanlıları Qafandan kütləvi şəkildə qovmağa başlayırlar. Fevralın 13-də Xankəndində ilk nümayiş başlanır. Fevralın 19-da Bakıda ilk nümayiş başlayır. Fevralın 20-də Dağlıq Qarabağın vilayət Şurası Ermənistanın tərkibinə keçməklə bağlı xahişə səs verir. Fevralın 21-də Ermənistanda kütləvi mitinqlər başlayır. Fevralın 22-də Əsgəranda ermənilər iki azərbaynaclını qətlə yetirirlər. Fevralın 26-da Qorbaçov separatçı hərəkatın ilhamçıları olan Zori Balayan və Silva Kaputikyanı qəbul edir. 27-29 fevralda Sumqayıtda ermənilərin və SSRİ DTK-nın təşkil etdiyi iğtişaşlar başlayır. İyunun 15-da Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi ilə bağlı qərar qəbul edir. İyunun 17-də Azərbaycan SSR Ali Soveti Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha bəyan edir. İyulun 12-də Dağlıq Qarabağ vilayət Şurası Azərbaycanın tərkibindən çıxdığını bəyan edir. İyulun 18-də SSRİ Ali Soveti Dağlıq Qarabağın Azərbaycanın tərkibində qaldığını təsdiq edir. 18-20 sentyabrda ermənilər Şuşadan, azərbaycanlılar Xankəndindən qovulurlar. Noyabrda Ermənistandakı bütün azərbaycanlılar kütləvi şəkildə qovulurlar. 20 il davam edən və hələ də bitməyən VƏTƏN MÜHARİBƏSİ başlayır... LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar