SON XƏBƏRLƏR

“Dədə Qorqud” eposu YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib

2021.10.20, 07:36
“Dədə Qorqud” eposu YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib

Gunaz.tv

GünAz TV: YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qərarla "Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" çoxmillətli mədəniyyət nümunəsi kimi YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə bəyanatında deyilir.

 

Bəyanata görə, bu barədə sənəd YUNESCO-ya Azərbaycan, Türkiyə və Qazaxıstan tərəfindən birgə təqdim edilib.

 

YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyası 2018-ci il noyabrın 26-da başlanıb, dekabrın 1-nə kimi davam edəcək. Sessiya Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində keçirilir.

 

Bəyanatda deyilir ki, "Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" adlı çoxmillətli mədəniyyət nümunəsi Azərbaycan, Türkiyə və Qazaxıstanda birlik, bərabərlik və müxtəlifliyi, həmçinin bu xalqların ailə dəyərlərini, qadının cəmiyyətdə rolu, qonaqpərvərlik və ədalət prinsiplərini təbliğ edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar