SON XƏBƏRLƏR

Donald Tusk: “Bütün Avropa Venesuelanın demokratik hərəkatına dəstək verməlidir”

2021.10.20, 07:36
Donald Tusk: “Bütün Avropa Venesuelanın demokratik hərəkatına dəstək verməlidir”

Gunaz.tv

GünAz TV: Avropa Şurasının prezidenti Donald Task Venesueladakı olaylarla bağlı “Twitter”də status paylaşıb.

 

O bildirib ki, bütün Avropa Venesuelanın demokratik hərəkatına dəstək verməlidir: “Madurodan fərqli olaraq, Milli Assambleya (parlament) və onun sədri Xuan Guaido Venesuela vətəndaşlarının seçkidə verdiyi mandata sahibdir”.

 

Tusk bütün Avropanı Venesuelanın “demokratik hərəkatına” dəstək verməyə çağırıb.

 

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini isə,  “Twitter”də belə yazıb: "Vətəndaş hüquqları, Milli Assambleya üzvlərinin hamısının azadlıq və təhlükəsizliyinə, onun sədri də (Xuan Guaido)  daxil olmaqla diqqət və ehtiram göstərilməlidir. Kobud müdaxilə, təhlükəsizlik qüvvələrinin aşırı müdaxiləsi tamamilə qəbuledilməzdir. Belə hallar böhrandan çıxmağa kömək etməyəcək. Venesuela xalqının haqqı var ki, sülh şəraitində nümayiş keçirsin, azad şəkildə öz liderlərini seçsin və öz gələcəyi ilə bağlı qərara versin". Musavat.com

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar