SON XƏBƏRLƏR

Duginin Avrasiya oyunu_A. KƏRİMOVA

2021.10.20, 07:36
Duginin Avrasiya oyunu_A. KƏRİMOVA

Gunaz.tv
Duginin Avrasiya oyunu ayse050708.jpg A. KƏRİMOVA Aleksandr Dugin "Avrasiya hərəkatı" - son illərin gündəmdə bomba effekti yaradan hadisəsi oldu. Bu gün Türkiyədə də özünə xeyli tərəfdar toplayan bu hərəkatı təbliğ edənlərlə yanaşı tənqid edənlər də az deyil. Aleksandr Dugin kimdi və bu hərəkatı ilə nə istəyir? Bu ideologiyanın arxasında nə dayanır? Türk mətbuatı bu barədə çoxsaylı yazılar, şərhlər və müzakirələrə yer verir. "Avrasiya hərəkatı" 2000-ci illərdə başlanıb. Bu hərəkatın başlanğıcında iki lider vardı: Aleksandr Dugin və Pyotr Suslov. Suslov sonradan bu hərəkat adı altında siyasi partiya yaradır. Dugin hərəkatın, Suslov isə partiyanın başında durur. Az keçmir partiya bağlanır. Duginlə Suslov arasında qarşıdurma yaranır. Suslov Avrasiyanı bu məkanda yaşayan millətlərin - slavyanlarla türklərin bərabər şərtlər daxilində idarə etmələrini, Rusiyanın Qafqazlarda, Orta Asiya dövlətlərində və digər Avrasiya respublikaları ilə, o cümlədən Türkiyə ilə iqtisadi, siyasi, hərbi, mədəni birlik içərisində ciddi bir gücə çevrilməsini istəyir. Bu da Amerika və Avropa Birliyinə qarşı - ikinci güc anlamına gəlir. Dugin isə Rusiyanın yenidən Orta Asiyaya, Qafqazlara, SSRİ dönəmində əlində olduğu keçmiş respublikalara sahib olması üçün ciddi - cəhdlə çalışır. Hətta bununla kifayətlənməyib daha da irəli gedərək- Doğu Türkistana- Çini Sincan əyalətinə göz dikir. Maraqlı olan odur ki, Türkiyənin bəzi nümayəndələri - sırasında elm, hökumət adamları, yazarlar, hərbiçilər belə var- Duginin bu ideologiyasını dəstəkləyirlər. Bir çox şərhçilərə görə Türkiyənin və Rusiyanın Qərb İmperalizminə qarşı verdikləri mücadilə bu nöqtədə onları birləşdirir. Onlardan biri yazır: "Türkiyə üçün önəmli olan Rus ordusunun Qafqazlarda varlığı, Dağlıq Qarabağ problemi kimi məsələlər ciddi narahatlıq yaradır. Türkiyə və Rusiya bəlkə müttəfiq olacaqlar, amma eyni zamanda öz geopolitik sahələrində rəqabəti də sürdürəcəklər". "Amerikanın səsi" radiosunun internet səhifəsində "Avrasiyaçılıq: Rusiya-Türkiyə münasibətlərində yaxınlaşma" yazısını oxudum. Yazıda Vaşinqtonda yerləşən Ceymstaun Fondunda Rusiya-Türkiyə münasibətləri mövzusunda keçirilən diskussiyanın mətnləri yer almışdı. Məruzəçilərdən biri Ceymstaun Fondunun Avrasiya Xarici Məsələlər və Müdafiə Siyasəti üzrə eksperti Con Deyli çıxışında dövri-qədimdən ruslarla türkdilli xalqlar arasında münasibətlərin olduğunu və XVI əsrdən başlayaraq, Rusiya dövlətinin türkdilli xalqların hesabına genişləndiyini xatırladır. Sonra Rusiya ve Osmanlı İmperiyası münasibətlərinə toxunur. "Rusiya ilə aparıcı Türk dövləti olan Osmanlı İmperiyası arasındakı düşmənçilik yüksələn xətt üzrə inkişaf etdi. Rusiya ilə Osmanlı İmperiyası arasında 11 müharibə olduğu halda, cümhuriyyət qurulandan bəri silahlı toqquşma olmayıb. Soyuq Müharibə dövründə NATO-nun dayanıqlı üzvü olan Ankara ilə Moskva arasındakı münasibətlər mənfi qalsa da Sovet İttifaqının dağılması hər iki ölkə üçün müəyyən imkanlar ortaya çıxardı". Deylinin sözlərinə görə, bir vaxtlar pantürkizm ideyasını rəğbətlə qarşılayan dairələr tezliklə aşkar etdilər ki, Orta Asiyada Sovet dönəmindən qalma liderlər Türk birliyi ideyasına şübhə ilə yanaşırlar. Və 2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxiləsi Vaşinqtonla Ankara arasındakı münasibətlərdə kifayət qədər soyuqluq yaratdı ki, bununla Rusiya ilə Türkiyə arasında ümumi maraqlar ideyası münbit şərait əldə etmiş oldu. Bu coğrafiyada Rusiya kimi dövlətə qeyri-ciddi münasibət bəsləmək sadəlövhlük olar. Ayrıca, Duginin Rusiya hökumətindən ciddi dəstək aldığı da bəzi qaynaqlarda yazılır. Rusiya -Türkiyə yaxınlaşması kimi , Türkiyə-Ermənistan yaxınlaşmasının da bunun tərkib hissələrindən biri olma ehtimalı da diqqətdən kənarda qalmır. AyşƏ KƏRİMOVA GÖNEN [email protected]/* */ 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar