SON XƏBƏRLƏR

DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ AVROPA PARALMENTİNDƏ SEMİNAR KEÇİRDİ

2021.10.20, 07:36
DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ AVROPA PARALMENTİNDƏ SEMİNAR KEÇİRDİ

Gunaz.tv
23 iyun 2008-ci il tarixdə Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Belçikanın Brussel şəhərində Avropa Parlamentinin İqamətgahında Güney Azərbaycanda Etnik və İnsan haqları problemi mövzusunda Beynəlxalq Seminar keçirilmişdir. Avropa Parlamentarlarının iştirakı ilə keçirilən Seminarda Güney Azərbaycanın cağdaş durumu və siyasi gələcəyi ilə bağlı məruzələr dinlənilmişdir. Saat 15- 30-da nümayəndələrin rəsmi qeydiyyatı ilə başlayan Seminar təxminən 3 saat davam etmişdir. Əvvəlcə Estoniyadan olan millət vəkili Mep Kelam Güney Azərbaycanla bağlı giriş sözü ilə çıxış etmişdir. Daha sonra professor Ziya Sedr (Kanada), professor Qulamrza Səbri Təbrizi (İngiltərə), dr. M.R.Xeşti (Amerika), professor Vaqif Sultanlı (Azərbaycan) , Çingiz Göytürk (Finlandiya) , Ramiz Abutalıbov (Rusiya), Əhməd Obalı (Amerika) məruzə ilə çıxış etmişlər. Məruzələr dinlənildikdən sonra müzakirələrə başlanılmışdır. Müzakirələr dialoq və sual-cavab formasında davam etdirilmişdir. Dialoq zamanı Seminar iştirakçıları daha çox Güney Azərbaycanın siyasi gələcəyi ilə bağlı məsələlərə aydınlıq gətirməyə çalışmışlar. Beynəlxalq Seminar Avropa Parlamenti Mətbuat Xidməti və GünAzTV tərəfindən lentə alınmışdır. 10:45 / 25.06.2008

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar