SON XƏBƏRLƏR

“Dünyanın harasında bədbəxt bir adam görsən bil ki həmşəridir” (3) - Semed Niknam

2021.10.20, 07:36
“Dünyanın harasında bədbəxt bir adam görsən bil ki həmşəridir” (3) - Semed Niknam

Gunaz.tv
“Dünyanın harasında bədbəxt bir adam görsən bil ki həmşəridir” (3) - Semed Niknam semedniknam.jpg “Dünyanın harasında bədbəxt bir adam görsən bil ki Həmşəridir“. Cəlil Məmmədquluzadə Maşallah belə fərasətə Salam Molla əmi ! Eşitdim məndən nigaran qalmışsan. Səni başa düşürəm , Molla əmi. 100 il öncə həmşərilərin sənin başında turp əkdiyini bilirəm. Amma, məndən nigaran qalma. Ona görə ki, indiki həmşərilər 100 il bundan öncəki kimi qəzet filan oxumurlar. Gələcək nəsildən xəyalım lap arxayındır. Bu da ona görə ki, indiki həmşərilər daha çox inkişaf edib və uşaqlarına öz dilini öyrətməyi vacib saymırlar. Misal üçün, bu İsveçdə xeyli həmşəri yaşayır. Get İsveç kitabxanalarına istənilən dildə uşaq kitabları və ədəbiyyatı əldə edə bilərsən. Amma, həmşərilərin dilində bir dənə də olsun kitab tapılmaz. Yaxşı, bu uşaq bu dili haradan öyrənsin ? Bu İsveçdə dövlətin hesabına fars, kürd, ərəb, rus, çeçen, bir sözlə bütün dillərdə ana dili kursları var, həmşəri dilindən başqa. Yaxşı, bu uşaq öz dilini haradan öyrənsin? Mən uşaqlarımızın bu əhvalını nəzərə alıb, İsveç dilindən iki uşaq kitabı öz dilimizə çevirdim. Həmşərilər aləmində onları çap edə bilmədiyim üçün, kitabları bir Fars dostuma verdim ki, onları da bizim bu kitabsız körpələr üçün çap etsin. Bilmirəm oda bacaracaq, ya yox. Molla əmi, istəyirsən həmşərilərin öz dilinə olan sevgi və məhəbbətdən daha canlı fakt göstərim. Bir gün GUNAZ-TV-ni izləyirdim. Həmşəri bir professor danışırdı. Həmşəri professor Firdovsinin Şahnaməsinin anasın ağlatdı və eyni zamanda dedi ki, fars dili yaramazdır. Qaydasızdır, bu dildə çox az fel var, amma Türk dilində 22000 fel var və dünyanın üçüncü qaydalı dilidir. Professor sonra əlavə etdi ki, “Mən öz övladlarımı Fransadan apardım…” . Molla əmi, mən düşündüm ki, professor övladlarını Fransadan Türkiyəyə və ya Azərbaycan Respublikasına aparıb ki, bu qədər təriflədiyi türk dilini öyrətsin. Amma gör nə oldu. Həmşəri professor sözünə davam edərək dedi: - “Mən övladlarımı Fransadan Kanadaya apardım ki, orada ingilis dilin öyrənsin”. Gördün Molla əmi, indiki həmşərilər çox inkişaf etmişdir, övladlarına öz dillərini yox bəlkə, firəng dillərini öyrətməyə üstünlük verirlər. Molla əmi, sən olsaydın yazardın: ” Maşallah belə fərasətə”. baybak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar