SON XƏBƏRLƏR

Yeddi ayda bir milyon 300 min iranlı turist Türkiyəyə gedib

2022.08.23, 06:10
Yeddi ayda bir milyon 300 min iranlı turist Türkiyəyə gedib

Gunaz.tv

Bu da onu göstərir ki, qonşu ölkəyə gedən iranlı turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə, 2020-ci ilin ilk yeddi ayı ilə müqayisədə isə beş dəfədən çox artıb. 

Bu ilin yeddi ayında Türkiyəyə 23 milyondan çox xarici turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 130 faiz, 2020-ci ilin yeddi ayı ilə müqayisədə isə 326 faiz artım deməkdir.

Türkiyənin ərəb ölkələri və İsraillə əlaqələrinin yaxşılaşması həm də bu ölkəyə böyük bir israilli və ərəb turist dalğasının gəlməsinə səbəb olub, beləliklə, Türkiyədəki israilli turistlərin sayı təxminən dörd dəfə artaraq 440 min nəfərə çatıb.

Səudiyyə Ərəbistanından gələn turistlərin sayı da 22 dəfədən çox artaraq 130 min nəfərə çatıb. Oxşar vəziyyəti başqa ərəb ölkələri, özəlliklə də Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Bəhreyn vətəndaşlarının səyahətləri ilə bağlı görmək olar.

Ötən həftə Türkiyə Statistika Mərkəzi əcnəbilərə mənzil satışının aylıq hesabatını dərc edib və hesabat bu sahədə iranlıların ruslardan sonra ikinci yerdə olduğunu göstərir.

Qeyd olunan dövrdə iranlılar Türkiyədən 5315 mənzil alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44% artıb.

Türkiyədə daşınmaz əmlakın ən çox alıcıları Rusiya, İran, İraq, Qırğızıstan, Almaniya, Ukrayna, Əfqanıstan və Yəmən vətəndaşlarıdır.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar