SON XƏBƏRLƏR

“Yedioth Ahronot” qəzeti: “İsrail İranın nüvə təsisatlarına hücum etmək üçün dəqiq silahlar alıb”

2021.12.03, 11:32
“Yedioth Ahronot” qəzeti: “İsrail İranın nüvə təsisatlarına hücum etmək üçün dəqiq silahlar alıb”

Gunaz.tv


Bu barədə İsrailin “Yedioth Ahronot” qəzetinə bağlı “Ynet” saytı dekabrın 2-də məlumat yayıb.

“Ynet” saytının yazdığına görə, Tel-Əviv əməldə ciddi şəkildə İranın nüvə təsisatlarına qarşı hücuma hazırlaşır.

Saytın yazdığına görə, rəsmi Tel-Əviv dünya güclərinin  Vyanada Tehranla apardığı nüvə danışıqlarının İranın nüvə silahına yiyələnməsinin qarşısını ala bilməyəcəyi qənaətinə gəldikdən sonra belə bir qərara gəlib.

Bildirilir ki, Vyna danışıqlarının indiki prosesi və Tehranın müzakirələr fürsətindən istifadə edərək öz nüvə proqramını inkişaf etdirməsi İsraili İrana qarşı hərbi seçim variantına üstünlük verməsinə vadar edib.

Məlumatda qeyd edilir ki, İsrail öz hərbi qüvvələrini, o cümlədən də hərbi hava qüvvələrinə mütəmadi olaraq təlimlər keçməklə və İrandakı hədəflər barədə məlumat toplamaqla İranın nüvə təsisatlarına qarşı hücuma keçmək üçün hazırlaşıb.

Yayılan məlumata əsasən, İsrail öz hava qüvvələri üçün çoxlu sayda dəqiq və gizli bomba və digər silahlar satin almaq üçün tərəfdaşları ilə yeni təmaslar saxlayıb.  

“Ynet” saytının bildirdiyinə görə, “Hərbi Təchizat üzrə Nazirlər Komitəsi” ötən bazar günü təşkil etdiyi bir iclasda İsrailin müdafiə naziri Beni Qantsın 12 ədəd “CH-53K Super Saor” helikopterinin alınması və hava hücumundan müdafiə “Dəmir Günbəz” sistemindən istifadə səviyyəsinin artırılması ilə bağlı təşəbbüsünü təsdiqləyib. 

آتشبار سامانه گنبد آهنین اسرائیل

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar