SON XƏBƏRLƏR

Edvard Nalbəndyan: “Vaşinqtondan açıqlanan ”Madrid prinsipləri" Dağlıq Qarabağa müstəqillik vəd edir"

2021.10.20, 07:36
Edvard Nalbəndyan: “Vaşinqtondan açıqlanan ”Madrid prinsipləri" Dağlıq Qarabağa müstəqillik vəd edir"

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Rəsmi İrəvan ötən şənbə günü Ağ Ev tərəfindən açıqlanan “Madrid prinsipləri”ndən məmnun qaldığını gizlətmir. Qəfil səfərlə əvvəl Bakıda, daha sonra İrəvanda olan ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberqlə görüşdən sonra keçirilən mətbuat konfransında Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan deyib ki, münaqişənin nizamlanmasının detallarında erməni tərəfinin neçə vaxtdır israr etdiyi məqamlar yer alır. Nalbəndyanın sözlərinə görə, açıqlanan “Madrid prinsipləri”ndəi bəzi məqamlar danışıqlarda razılaşdırılıb, bəziləri isə yox. “Lakin mühüm olanı budur ki, münaqişənin nizamlanması prinsipləri arasında rəsmi İrəvanın müntəzəm olaraq danışdığı prinsip yer alır. Bu, Dağlıq Qarabağın statusunun orada yaşayan əhalinin öz müqəddəratını təyin etməsi hüququ əsasında müəyyən edilməsidir. Hansı ki, bu öz müqəddəratını təyinetmə hökmən hüquqi qüvvəyə malik olacaq”, - deyə Nalbəndyan bildirib. Onun sözlərinə görə, digər mühüm məqam odur ki, münaqişənin nizamlanması prinsiplərində Dağlıq Qarabağın Ermənistanla quru sərhədlərinə malik olması və təhlükəsizlik təminatının verilməsi də yer alır."Bunlar Ermənistanın münaqişənin nizamlanmasının əsas elementləri kimi neçə vaxtdır bəhs etdiyi mühüm məqamlardır",-deyə nazir əlavə edib. Nalbəndyan bildirib ki, Minsk Qrupuna həmsədrlik edən ABŞ, Fransa və Rusiya prezidentlərinin birgə bəyanatları və orada “Madrid prinsipləri” haqda çağırış da mühümdür. Xəbər verildiyi kimi, “Madrid prinsipləri”nin əks olunduğu bəyanat iyulun 12-nə keçən gecə Ağ Ev tərəfindən açıqlanıb. Həmin vaxt ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberq Bakıda səfərdə olub və prezident Əliyevlə danışıqlar aparıb. Rəsmi Bakı hələlik Madrid sənədinə şərh verməyə tələsmir.musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar