SON XƏBƏRLƏR

Ekrana çıxarılmayan sənədli film; Təbrizdə zəlzələ ehtimalı... – VİDEO

2021.10.20, 07:36
Ekrana çıxarılmayan sənədli film; Təbrizdə zəlzələ ehtimalı... – VİDEO

Gunaz.tv

GünAz TV: Uzun zamandır ki, mütəxəssislər Təbrizdə güclü zəlzələnin baş vermə ehtimalından danışır.


Bu haqda bir sənədli film hazırlanıb. Rejissoru Möhsün Hadi olan filmdə ehtimal olunan zəlzələnin mümkün ağır nəticələrinə işarə olunur. Təbii fəlakət baş verərsə, şəhərin həndəvərində yerləşən qeyri-rəsmi yaşayış məntəqələrində sözün əsl mənasında faciə yaşana bilər. Bu barədə bütün mütəxəssislər və bəzi yerli məsullar dəfələrlə xəbərdarlıq edib.


Aşağıdakı filmdə Təbrizdə baş verə biləcək zəlzələ və onun nəticələri simulyasiya edilib. Bələdiyyə İdarəsi və Telerradio Şirkəti filmin ekrana çıxarılmasına imkan verməyib. Onlar film əhali arasında nigaranlıq yaradar deyərək filmin nümayiş etdirilməsindən boyun qaçırıblar.


https://www.youtube.com/watch?time_continue=407&v=wI862Ba-8Ro&feature=emb_logo


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar