“Belə getsə, Ermənistana mal gətirməyəcəyik” – İran maşınları Gorus yolunda növbəyə düzülüb

01.10.2021, 11:20

"Azadlıq" radiosunun erməni xidmətinin yazdığına görə, artıq bir həftədən də uzun müddətdə Gorusdan Vorotana və geriyə avtomobil yolunun Azərbaycanın nəzarətində olan hissəsində yeni hərəkət qaydası mövcuddur.

Gunaz.tv Quote | Gunaz article

Avtomobillər erməni yoxlama-buraxılış postunda gözləyirlər, daha sonra yığılmış maşın karvanını Ermənistan Milli Təhlükəsizlik Xidməti müşayiət edir. Azatutyun yazır ki, yolun bu 4 kilometrlik hissəsində Rusiya sərhədçilərinin də öz postu var.

Yolun bu hissəsində üç dildə “Azərbaycana xoş gəlmisiniz” plakatını yerləşdirmiş azərbaycanlılar da öz infrastrukturlarını, sərhəd və polis postlarını qurublar. Bu hissədə yolun hər iki tərəfində silahlı və maskalı hərbçilər var.

Azatutyun yazır ki, azərbaycanlılar avtobusu da dayandıraraq avtobusun kuzovundakı yapışdırma “Dağlıq Qarabağ bayrağını” bıçaqla qaşıyaraq pozmuşdular.

Gorus şəhərinin həbs olunmuş meri Aruş Aruşanyanın müavini Karen Koçaryan narazılığını bildirib.

Onun sözlərinə görə qarşıdan qış gəlir, yolda növbələr yaranır, zahı qadının Vorotandan şəhərə çatması üçün avtokarvan tərpənənədək növbədə gözləməsi lazım gəlir: “Bu çıxış yolu deyil, adamlar üçün bəladır. Bizim icmanın üç kəndində hər gün belə bir vəziyyət yaranır: tələbələr və işçilər işə ya dərsə gecikməmək üçün sübhdən gəlməli, növbə gözləməli olurlar”.

Azatutyun yazır ki, erməni yoxlama-buraxılış postunun yaxınlığında İran yük maşınları növbəyə düzülüblər. Onlar yolun Azərbaycanın nəzarətində olan hissəsindən yanacaq daşıyan hər maşın üçün 250 dollar verərərək keçiblər. Onlara qayıdan baş 130 dollar da verməli olacaqları barədə xəbərdarlıq edilib. Adi yük maşınlarının keçmə haqqı daha ucuzdur.

İran sürücülərindən biri deyib: “Mən nağd pul ödədim. Əgər belə davam etsə, Ermənistana yük daşımaq sərfəli olmayacaq. Hər dəfə az qala 400 dollar vermək lazım gəlir”.

Başqa bir iranlı sürücü isə deyib: “Bizim ödədiyimiz məbləğ daşıdığımız malların qiymətlərinə təsir edəcək, onlar Ermənistan sakinləri üçün daha baha olacaq. Bu sərfəli olmayacaq. Bizim daha Ermənistana sifarişimiz olmayacaq. Pul məsələsindən başqa, biz Azərbaycan hissəsində saatlarla növbədə dayanmalı oluruq, qrafikdən çıxırıq. Aydındır ki, bəziləri Ermənistana maşın sürmək istəməyəcəklər”.

Ermənistan hökumətinin vədinə görə noyabrın sonlarında istifadəyə veriləcək alternativ Tatev-Qafan yolu, iranlı sürüclərin dediyinə görə narahatdır, yük maşınları dağ aşırımlarından keçə bilməyəcəklər: “Mənim dostum o yolla gedib. Deyir ki, yaxşı yol deyil, maşını xarab edir”.

Azatutyun yazır ki, Gorus-Qafan yolundakı vəziyyəti sentaybrın 29-da baş nazirin müavini Suren Papikyan və İranın Ermənsitandakı səfiri Abbas Bədəxşan Zühuri ilə müzakirə edib. Sentyabrın 30-da Zühurinin bu barədə xarici işlər naziri Ararat Mirzoyabnla da söhbəti olub. (azpost.info)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda tarixi təpə məhv edilib

2021-12-04

gun az article

Urmu gölündə duz fırtınasının baş verməsi təsdiq edildi

2021-12-04

gun az article

Şərqi Azərbaycanda işsizlik artıb: Son statistika açıqlandı

2021-12-04

gun az article

Güney Azərbaycan şəhərlərində ekoloji fəlakətə etiraz aksiyaları davam edir

2021-12-04

gun az article

Binabdan köç artıb: Sərmayəçilər bölgədən qaçır

2021-12-04

gun az article

“Traxtur”un qapıçısı Çempionlar Liqasının ən yaxşısı seçildi

2021-12-04

gun az article

Təbrizin cümə imamı Türkiyəyə aviareyslərin çox olmasından narazılığını bildirib

2021-12-04

gun az article

Ərdəbilli fəallar məsulların anti-Azərbaycan siyasətlərinə etiraz ediblər-FOTO

2021-12-04

gun az article

Süngün mis mədəninin işçilərinə təzyiqlər güclənib: Onlara yemək və su verilmir

2021-12-03

gun az article

Təbrizdə qazdan zəhərlənmə halları çoxalıb

2021-12-03

gun az article

Təbrizli millət vəkili hökuməti nüvə danışıqlarında yanlış mövqe tutmaqda ittiham edib

2021-12-03

gun az article

Türkcə çəkilmiş “Atabay” filmi Güney Azərbaycanda böyük uğur qazanıb

2021-12-03

gun az article

Təbrizin ətrafında yerləşən əkin və otlaq sahələri məhv ola bilər: Şəhər fərmandarından xəbərdarlıq

2021-12-03

gun az article

Təbrizə qar yağdı - FOTOLAR

2021-12-03

gun az article

Kərəcdə Urmu gölü ilə bağlı aksiya keçirilib-FOTOLAR

2021-12-03

gun az article

Güney Azərbaycan təşkilatı BMT “Milli dil və etnik azlıqlar” mövzusunda keçirilən toplantısına qatılıb

2021-12-03

gun az article

Tanınmış ekoloq Urmu gölü ətrafında yaranan duz fırtınasından danışıb

2021-12-02

gun az article

Qərbi Azərbaycanda xarici vətəndaşları girov götürən dəstə üzvləri saxlanılıb

2021-12-02

gun az article

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirib-FOTOLAR

2021-12-02

gun az article

Şərqi Azərbaycanda universitet məzunlarının əksəriyyəti işsizdir

2021-12-02