Helikopter qəzası ilə bağlı cinayət işi üzrə ilkin nəticələr açıqlanacaq

20.12.2021, 12:20

Noyabrın 30-da hərbi helikopterin təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələr bu gün açıqlanacaq.

Gunaz.tv Quote | Gunaz article

Bu gün Baş Prokurorluqda bununla bağlı brifinq keçiriləcək.

Baş Prokurorluqdan bildirilib ki, brifinqdə baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi, baş ədliyyə müşaviri Nemət Əvəzov, Baş Prokurorluğun İstintaq idarəsinin rəis 

müavini, o cümlədən helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri, Sənan Paşayev, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, ədliyyə müşaviri Tural Aslanov, Mətbuat xidmətinin rəhbəri, kiçik ədliyyə müşaviri Günay Səlimzadə jrunalistlərin suallarını cavablandıracaq. (apa)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social