SON XƏBƏRLƏR

Ərdəbildə Beynəlxalq Ana Dili Günü münasibəti ilə Bildirişlər paylanılıb - GÖRÜNTÜ

2021.10.20, 07:36
Ərdəbildə Beynəlxalq Ana Dili Günü münasibəti ilə Bildirişlər paylanılıb - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində Beynəlxalq Ana Dili Günü münasibəti ilə yüzlərlə bildiriş vərəqələri paylanılıb.

 

Azərbaycanlı fəallar vərəqələri fevralın 20-də şəhərin müxtəlif məntəqələrində paylayıblar.

 

Fəallar yaydıqları vərəqələrdə Beynəlxalq Ana Dili Gününü təbrik edib, onun yaranma tarixinə işarə ediblər.

 

Bildirişin mətnində ana dilində təhsil və konstitusiyaya uyğun olaraq İranda bütün millətlərin bərabərhüquqlu olması tələb olunub. Fəallar bununla yanaşı ana dilində təhsilin əhəmiyyətinə geniş işarə edib və fars şovinistlərinin asimilasyon siyasətini pisləyiblər.

 

 

BMT 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.

Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21-22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilməsi tövsiyə edilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar