SON XƏBƏRLƏR

Ərdəbilli sənətkarlar Azərbaycan Milli Hökumətindən sonrakı qətliamı şəkillərlə təsvir ediblər – GÖRÜNTÜ

2021.10.20, 07:36
Ərdəbilli sənətkarlar Azərbaycan Milli Hökumətindən sonrakı qətliamı şəkillərlə təsvir ediblər – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Ərdəbildə "21 Azər Hərəkatı" adı ilə tarixə düşmüş Güney Azerbaycan Milli Hökumətinin (1945-1946-ci illərdə) yaradılmasının növbəti ildönümü ərəfəsində milli hökumətin süquqtundan sonra törədilən qətliamla bağlı keyfiyyətli görüntülər hazırlanıb.

 

Ərdəbilli sənətkarlar və milli-mədəni fəalların səyi nəticəsində hazırlanan görüntülər simvolik, açıqlayıcı və ifadəli şəkillərdən ibarətdir.

 

Görüntülər ekspozisiya meyarları çərçivəsində hazırlanıb və çalışılıb ki, insanın deyə bilməyəcəyi bir çox informasiyanı çatdırsın.

 

Əsərləri hazırlayan sənətkarlar “21 Azər” qətliamı və faciənin zülm çalarlarını şəkillərdə əks etdirməklə yanaşı insanlarda belə bir sual da canlandırıblar ki, o dövrdə kimlər faciənin qurbanı oldu, və baş verən qətliam kimlər tərəfindən törədildi?!

 

Şəkillərdə qorxu, dərd, qəm, qaranlıq, ölüm, xülm və s. kimi halların çaları hiss olunur.

 

1946-cı ildə İranın mərkəzi hökuməti olan Pəhləvi rejimi tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım 20-ci əsrin ən dəhşətli hadisələrindən biri olub.

 

Azərbaycan Demokrat Firqəsi 1945-ci il dekabrın 12-də (1324-cü il Azərin 21-i) böyük öndər Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə milli hökumət yaratdı. Azərbaycanlıların bu hərəkəti İranın müxtəlif bölgələrində azadlıq hərəkətlərinin yaranmasına səbəb oldu. Azadlıq cərəyanlarından vahiməyə düşən İranın mərkəzi hökuməti neft və digər milli sərvətləri dünyanın güclü ölkələrinə bağışlayaraq onlardan Azərbaycan başda olmaqla bütün azadlıq cərəyanlarını məğlub etmək üçün yardım istədi. Təəssüflər olsun ki, Pəhləvi rejiminin bu siyasəti nəticə verdi, və rejimin ordusu Azərbaycana hücum çəkərək milli hökuməti bir il sonra 1946-cı il dekabrın 12-də süquta uğratdı. Mərkəzi hökumətin ordusu Azərbaycanı yenidən işğal etdikdən sonra Azərbaycanda çox sayda hərbçi, dinc sakin, alim, sənətkar və siyasətçi acımazcasına qətliam edildi. Müxtəlif mənbələr Pəhləvi ordusu tərəfindən 25 mindən çox azərbaycanlının faciəli şəkildə öldürüldüyünü yazıb.

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar