SON XƏBƏRLƏR

Ərdoğan AKP-daxili müxalifətlə də hesablaşmağa başlayıb

2021.10.20, 07:36
Ərdoğan AKP-daxili müxalifətlə də hesablaşmağa başlayıb

Gunaz.tv
Ərdoğan AKP-daxili müxalifətlə də hesablaşmağa başlayıb 20080708130753_1.jpg Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasında (AKP) yadfikirliliyə dözümsüzlük meylləri güclənir. Partiyanın İdarə Heyətinin (Mərkəzi Yönətim Kurulunun) iyulun 7-də axşam saatlarında keçirilən toplantısında AKP-nin qurucularından baş nazirin keçmiş müavini Əbdüllətif Şənərin bəyanatları müzakirə olunub. AKP parlament qrupunun həmsədrləri Mustafa Elitaş, Nihat Ərgün və millət vəkili Fatma Şahin Ə.Şənərin istefasını tələb ediblər. İdarə Heyətinin bəzi üzvləri Ə. Şənərin adının “Ergenekon”çularla birlikdə hallandığını vurğulayıblar. Toplantıya sədrlik edən AKP sədri və baş nazir Rəcəb Tayyib Ərdoğan məsələyə münasibət bildirməyib və sadəcə, qeydlər aparıb. Keçmiş parlament sədri Bülənt Arınç isə jurnalistlərin bu mövzuda sualına “Şənərmi? Xeyirli olsun” deyə cavab verib. Ə.Şənərin İdarə Heyətinin cümə günü keçiriləcək toplantısına dəvət edilməsi və izahat alınması qərara alınıb. Qeyd edək ki, Ə.Şənər Ərdoğan hökumətinin siyasətini tənqid edərək, yeni siyasi partiya quruculuğuna başladığını bəyan edib. lent.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar