SON XƏBƏRLƏR

Ermənilərin 1915-ci ildə osmanlı-türklərə qarşı törətdikləri soyqırım 57 ölkədə anılacaq

2021.10.20, 07:36
Ermənilərin 1915-ci ildə osmanlı-türklərə qarşı törətdikləri soyqırım 57 ölkədə anılacaq

Gunaz.tv
Ermənilərin 1915-ci ildə osmanlı-türklərə qarşı törətdikləri soyqırım 57 ölkədə anılacaq Türkiyə, Ankara, 24 iyun / Trend News, müxbir T.Əliyev/ Ermənilərin 1915-ci ildə osmanlı-türklərə qarşı törətdikləri soyqırım 57 ölkədə anılacaq. Uqandanın paytaxtı Kampalada keçirilən İslam Konfransı Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin toplantısında qurumun Gənclik Forumu Dialoq və Əməkdaşlığın təşəbbüsü ilə İKT ölkələrində baş verən humanitar fəlakətlərin qeyd ediləcəyi müştərək günə ermənilərin 1915-ci ildə Vanda Osmanlı vətəndaşlarına qarşı törətdikləri soyqırımın da daxil edilməsi haqqında qərar qəbul edilib. Bütün müsəlman ölkələri və icmalarına qarşı 20-ci əsrdə həyata keçirilən kütləvi qırğınların İsrailin Fələstində 1948-ci ildə qırğın törətdiyi 9 apreldə qeyd edilməsinin xarici işlər nazirlərinin toplantısında müzakirə edilməsinin tövsiyə edilməsi haqqlnda may ayında İstanbulda keçirilən İKT Gənclik Forumu ekspertlərinin toplantısında qərar qəbul edilmişdi. Həmin toplantıda həmçinin ermənilərin 17 may 1915-də Vanda və 26 fevral 1992-də Xocalıda törətdikləri qırğınlar, 14 avqust 1974-də yunanların Kipr türklərinə qarşı, 8 iyul 1995-də isə serblərin Srebrenitsada törətdikləri qırğınların da qeyd edilməsi haqqında razılılıq əldə edilmişdi. Həmin tövsiyə qərarları İKT XİN başçılarının 18-20 iyunda keçirdikləri iclasda müzakirə edilib və 9 aprel müsəlmanlara qarşı törədilən qırğınların müştərək anma günü olaraq qəbul edilib. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar