SON XƏBƏRLƏR

Netanyahu ilə Makron İran təhlükəsini müzakirə ediblər

2023.02.03, 13:44
Netanyahu ilə Makron İran təhlükəsini müzakirə ediblər

Gunaz.tv

İsrailin baş naziri bildirib ki, Makronla söhbətinin əsas mövzusu İran, bu ölkənin təcavüzünə qarşı birgə mübarizə və Tehran rejiminin nüvə silahı əldə etməməsi olub.

Netanyahu bəyan edib ki, İranın Ukraynadakı rus işğalçılarını pilotsuz təyyarələrlə təmin etmək, eləcə də daxildə xalq etirazlarını yatırmaqdakı rolu Qərb müttəfiqlərini nüvə danışıqlarını canlandırmaq cəhdlərindən əl çəkməyə məcbur etməlidir. 

Fransa prezidenti Emmanuel Makron İsrailin baş nazirinə deyib ki, İranın nüvə proqramının irəliləyişini sürətləndirməsinin Tehran üçün qaçılmaz nəticələri olacaq.

Bu görüşdə iki lider Rusiyanın Ukraynadakı müharibəsinə dəstəkdə İranın rolunu da müzakirə ediblər. 

Fransa prezidenti deyib ki, İran Rusiyaya dəstək verməklə özünü daha çox sanksiyalara və təcrid vəziyyətinə salıb. (axar.az)

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar