SON XƏBƏRLƏR

Etirazlar nəticə verdi: Təbrizin bələdiyyə başqanı yeni təyin etdiyi radikal kürd müşavirini tutduğu vəzifədən kənarlaşdırıb

2021.10.20, 07:36
Etirazlar nəticə verdi: Təbrizin bələdiyyə başqanı yeni təyin etdiyi radikal kürd müşavirini tutduğu vəzifədən kənarlaşdırıb

Gunaz.tv

GünAz TV: Təbrizin manqurt bələdiyyə başqanı Azərbaycan ictimaiyyətinin etirazına təslim olaraq yeni təyin etdiyi radikal kürd müşavirini tutduğu vəzifədən kənarlaşdırıb.

 

İrəc Şəhin Baher ötən günlərdə PKK və Pejak terror qruplaşmalarının ideyalarını dəstəkləyən Bəxtiyar İzzətpənahı şəhərin inkişaf planı üzrə özünə müşavir təyin etmişdir. Azərbaycan ictimaiyyətinin kəskin etirazı ilə qarşılaşan bələdiyyə başqanı 24 saat keçmədən yeni müşavirini tutduğu vəzifədən uzaqlaşdırmağa məcbur olub.

 

İ.Şəhin Baher mövzu ilə bağlı İnstaqram səhifəsində belə yazıb:

“Təbrizin bələdiyyə başqanı şəhərin inkişaf planı üzrə müşavirinin vəzifəsindən uzaqlaşdırılmasına razılıq verdi.

Bələdiyyə başqanının müşavirlərindən biri tutduğu vəzifədən istefa etdikdən sonra, İ.Şəhin Baher bu tələbi qəbul edib.

Məktubda deyilir: Salam cənab Dr. İzzətpənah, sizin şəhərin inkişaf planı üzrə müşavir postundan istefa tələbinizə razılıq verilir.”

 

Bəxtiyar İzzətpənah vəzifəsindən uzaqlaşdırılsa da Təbrizin Bələdiyyə İdarəsində belə bir təyinatın olmasına qarşı etirazlar davam edir.

 

Azərbaycan ictimaiyyətinin fikirinə görə, terror qruplaşmalarını dəstəklədiyinə dair sənədlər olan bir şəxsin Təbrizdə vəzifəyə gətirilməsindən məqsəd nə ola bilər?! Bu kimi hərəkətlər gələcəkdə şəhərin təhlükəsizliyinə ziyan vurmazmı?! Təbrizdə bu qədər bacarıqlı və qabliyyətli insan olduğu halda nə üçün yerli olmayan və şübhəli şəxslərdən rəsmi vəzifələrdə istifadə olunur?! və ... .

 

Bəxtiyar İzzətpənahın Teleqram və İnstaqram səhifələri araşdırıldığı zaman onun Pkk və Pejak kimi terror qruplaşmaları və Kərkükün işğal olunmasına dəstək verdiyi görünür. O həmdə Qərbi Azərbaycan Əyalətinin milli kimliyini təhrif edərək onu Urmiyə Əyaləti adlandırır, bir çox Azərbaycan şəhərini isə Kürdistan şəhəri kimi qələmə verir. Bütün bunlar PKK terror təşkilatının strateji hədəflərinə xidmət edir.

 

İ.Şəhin Baherin təyinatlarda yol verdiyi xətalar hər kəsin diqqətini çəkməkdədir.  Bir müddət əvvəl isə tanınmış panfarsist İsfəndiyar Qarabaği incəsənət və mədəniyyət işləri üzrə Təbriz bələdiyyə başqanının müşaviri vəzifəsinə təyin olunub. O hər zaman Azərbaycan türk millətinin milli kimliyinə qarşı radikal mövqe sərgiləyib, bu istiqamətdə bağışlanmaz addımlar atıb.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar