SON XƏBƏRLƏR

Ettelaat “Traxtur” tərəfdarlarının səsləndirdiyi şüarları dəyişdirməyə çalışır – VİDEO

2021.10.20, 07:36
Ettelaat “Traxtur” tərəfdarlarının səsləndirdiyi şüarları dəyişdirməyə çalışır – VİDEO

Gunaz.tv

GünAz TV: İranın Ettelaat Nazirliyi “Traxtur” komandası tərəfdarlarının səsləndirdiyi şüarları rejimin xeyirinə olaraq dəyişdirmək üçün xüsusi ssenari üzərində işləyir.

 

Bunu “Traxtur” Trəfdarları Dərnəyinə yerləşdirilən Ettelaat əlaltılarından birinin dediyi sözlərdən anlamaq mümkündür.

 

https://www.youtube.com/watch?time_continue=1&v=MydbAsynm6U

 

 

“Planlarımız gələcəkdə təkmilləşəcək və tərəfdarlar koordisaya edilmiş bir şəkildə çıxış edəcək. Hansı şüarların veriləcəyi müəyyənləşəcək, bəzi parazitlər (azərbaycanlıların səsləndirdiyi milli şüarlar nəzərdə tutulur) isə ləğv olunacaq”- deyə Ettelaat İdarəsinin əlaltısı qeyd edib.

O iddia edib ki, əsas məqsəd İran və dünyaya yaxşı mesajlar göndərməkdən ibarətdir.

 

Milli-mədəni fəalların dediyinə görə, son vaxtlar “Traxtur”un oyunlarında bəzi şübhəli şəxslər şüarların birinci səsləndiyi yerlərdə dayanaraq tanınmış komanda tərəfdarlarını həmin yerlərə buraxmırlar.

 

Azərbaycanlı fəallar Ettelaat İdarəsinin yeni fitnəsi ilə bağlı xəbərdarlıq edərək “Traxtur” tərəfdarlarına hansısa şüarın diktə edilməsinə imkan verməyəcəklərini bildiriblər. Fəallar vurğulayıb ki, komanda tərəfdarlarının başçıları təhrif olunmuş şüarlar səsləndirərsə, kimsə onları müşayiət etməsin və bu şəkildə onları səhnədən uzaqlaşdırsınlar.

 

İran rejimi Azərbaycan türklərinin sərbəst toplaşmasına imkan vermədiyi üçün son illərdə soydaşlarımız demokratik və milli hüquqlarını “Traxtur” komandasının görüşlərində dilə gətirir. Onlar əsasən azərbaycanlı siyasi məhbuslar, qadın haqları, ətraf mühit və Urmu gölü, ana dilində təhsil, Dağlıq Qarabağ və s. kimi mövzularda şüarlar səsləndirir.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar