Farsdilli mətbuat azərbaycanlı fəalların saxlanılması xəbərini boykot edir

26.07.2018, 08:57

GünAz TV: Güney Azərbaycanda iyulun 5-i və 6-da keçirilən Babək qalası yürüşü ilə əlaqədar təxminən 80 azərbaycanlı milli-mədəni fəal tutulmuşdur, onlardan 4-ü hələ də qeyri-müəyyən vəziyyətdə İran təcridxanalarında saxlanılır.

 

Bu barədə iyul ayının əvvəlindən yayılan xəbərlər farsdilli kütləvi informasiya vasitələri tərəfindən boykot edilib.

 

GünAz TV izləyicilərindən biri qeyd edib ki, Tehran, Parsabad və Urmiyə təcridxanalarında qeyri-müəyyən vəziyyətdə saxlanılan fəallar barədə, etibarlı mənbələr göstərərək farsdilli mətbuat orqanlarına dəqiq məlumat göndərilib. Hətta onların ailə üzvlərinin açıqlamaları da olduğu kimi onlara ötürülüb. Bu xəbər “Herana” xəbər agentliyində (İranda insan haqları fəallarının xəbər orqanı) də dərc olunub. Lakin farsdilli mətbuat orqanları həmin məlumatı yaymaqdan imtina ediblər.

 

GünAz TV izləyicisinin sözlərinə görə, xəbər BBC (farsca xidməti), “Amerikanın səsi”, “Radio Fərda”, “Sədaye Mərdom” və s. kimi orqanların teleqram qrupuna göndərilib. Onları xəbəri qəbul edib, lakin qəsdən yaymayıblar.

 

Soydaşımız bildirib ki, bu agentliklərdə azərbaycanlı fəalların saxlanılması xəbəri yayılmır, lakin terror cərəyanları, hətta “Pejak” üzvləri kimi məhbusların soyuqdəymə xəstəliyi ilə bağlı xəbərləri işıqlandırılır.

 

İranın farsdilli kütləvi informasiya vasitələri, hətta ölkə xaricində müxalifət kimi fəaliyyət göstərən farsdilli mətbuat Güney Azərbaycanda baş verən hadisələri heç zaman işıqlandırmayıb. İnsan haqları müdafiəçisi olduqlarını iddia edən mətbuatın bu yanaşması göstərir ki, onlar Güney Azərbaycan məsələsində İran rejimi ilə eyni mövqedədilər.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz