SON XƏBƏRLƏR

GAMAC-ın Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşının vəfatıyla bağlı başsağlığı mesaji

2021.10.20, 07:36
 GAMAC-ın Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşının vəfatıyla bağlı başsağlığı mesaji

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşının vəfatıyla əlaqəli başsağlığı mesaji verib.

Mesajda deyilir:

“Böyük bir üzüntüylə Milli-azadlıq hərəkatımızın lideri, eks-prezident Əbülfəz Elçibəyin xanımı Həlimə xanım Mirbabaqızının vəfat xəbərini aldıq. Həlimə xanımın vəfatı ilə əlaqəli başda övladları olmaqla bütün Azırbaycan millətinə və sevənlərinə başsağlığı veririk.
Şüphəsiz ki Azərbaycan tarixi bütöv Azərbaycan yolunun elçisi Güney Azərbaycan azadlıq mücadiləsinin mübariz müdafiəçisi rəhmətlik Elçibəy və dəyərli həyat yoldaşını böyük sevgi və hörmətlə yad edəcək.

Millətimizin başı sağ olsun


Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)”

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar