SON XƏBƏRLƏR

GƏNCƏDƏ ŞAH ABBAS MƏSCİDİNDƏN QƏDİM PUL VAHİDLƏRİ TAPILIB

2021.10.20, 07:36
GƏNCƏDƏ ŞAH ABBAS MƏSCİDİNDƏN QƏDİM PUL VAHİDLƏRİ TAPILIB

Gunaz.tv
GƏNCƏDƏ ŞAH ABBAS MƏSCİDİNDƏN QƏDİM PUL VAHİDLƏRİ TAPILIB mescid-1.jpg Gəncədəki Şah Abbas məscidi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə təmir olunur. 4 əsir əvvəl – 1606-cı ildə Şah Abbasın sifarişi ilə Şeyx Bahəddin Amil tərəfindən inşa edilən məsciddə təmir bərpa işləri zamanı 19-cu əsrə aid 180 rus rublu, kitab və əlyazma tapılıb. Məscidin axundu İsgəndər Məmmədovun verdiyi məlumata görə, məscidin şimal qütbündəki otağın iç divarından tapılan əsginaslar 1898-1909-cu illərə aid edilir: “Bu əsginaslar 1910-cu ildə məsciddə təmir aparılarkən xeyriyyəçi Molla Qasım tərəfindən hədiyyə edilib. Mola Qasım o dövrdə Gəncənin Şeyxi və Axundu olan molla Həsən Mollazadəyə müraciət edib ki, 25 illik halal zəhməti ilə yığdığı vəsaiti Şah Abbas məscidinin təmirinə sərf etmək istəyir və həmin vəsait təmirə xərclənir. Puldan artıq qalan 180 rubl isə məscidin divarında saxlanılıb. Təmir bərpa işləri başa çatdıqdan sonra tapılan pullar və kitab məsciddə yaradılacaq kitabxanaya veriləcək”. /APA/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar