SON XƏBƏRLƏR

Gül Bakının könlünü almağa çalışacaq?

2021.10.20, 07:36
Gül Bakının könlünü almağa çalışacaq?

Gunaz.tv
Gül Bakının könlünü almağa çalışacaq? Türkiyə prezidenti Abdulla Gül sentyabrın 5-də Bakıda keçiriləcək Türkdilli Ölkələrin IX Sammitinə qatılacaq, ertəsi gün İrəvana yollanaraq Ermənistan və Türkiyənin futbol yığmaları arasındakı matçı seyr edəcək. Azərbaycan paytaxtında olduğu müddət ərzində A.Gül Ermənistana səfəri ilə bağlı Bakının könlünü almağa çalışacağı iddia olunur. Bakıdakı sammitə Türkiyə ilə bahəm Türkmənistan, Qırğızıstan, Özbəkistan və Qazaxıstanın dövlət başçılarının qatılacağı planlaşdırılır. Türkdilli ölkələrin liderlərinin son zirvə toplantısı 2006-cı ilin noyabrın 17-də Türkiyədə keçirilmişdi. Bakıdakı toplantıda türkdilli ölkələr arasında əməkdaşlıq və işbirliyinin genişləndirilməsi, enerji təhlükəsizliyinin təminatı, parlamentlərarası birliyin qurulması, Orta Asiya və Xəzər bölgəsinin karbohidrogen ehtiyatlarınının dünya bazarlarına nəqli, Dağlıq Qarabağ münaqişəsinin dinc danşıqlar vasitəsilə nizamlanmasının intensivləşdirmə yolları və s. məsələlər müzakirə ediləcək. 2010-cu ildə Cənubi Afrika Respublikasında keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində bimr qrupda yer almış Türkiyə və Ermənistan yığmaları arasında matç sentyabrın 6-da İrəvanda oynanacaq. "CNN Türk"n verdiyi xəbərə görə, rəsmi Ankara prezident Abdulla Gülün Ermənistan prezidenti Serj Sərkisyaın dəvətini qəbul edərək bu matça yollanacağı ilə bağlı hələlik mövqeyini bildirməyib. Müşahidəçilər yekun qərarın son anadək açıqlanmayacağını gözləyirlər. Buna rəğmən, Çankaya Köşkündən sızdırılan xəbərlərdə Türkiyənin dövlət başçısının İrəvana dəvəti "müsbət dəyərləndirdiyi" vurğulanır. NTVMSNBC hesab edir ki, hazırda rəsmi Ankara A.Gülün İrəvana hipotetik səfəri ilə bağlı rəsmi İrəvanın verdiyi açıqlamalarla yanaşı, erməni diasporunun mövqeyini də diqqətlə izləyir. "Abdulla Gülün İrəvana getmək qərarını verməsi isə Ankarada Ermənistan prezidenti Serj Sərkisyanın matça dəvətinə qətiyyətlə etiraz edən erməni diasporu ilə rəsmi İrəvanı müxtəlif mövqelərdən dəyərləndirilməsinin sübutu olacaq", - "The Financial Times" bildirib. Ankaranın nə qərar verəcəyini Bakı da qayğı ilə gözləyir. Ekspertlərin dediklərinə görə, Türkiyənin Ermənistan-Azərbaycan müaqişəsi, Dağlıq Qarabağ və işğal edilmiş Azərbaycan əraziləri ilə bağlı mövqeyində heç bir dəyişikliklik olmasa da, Abdulla Gülün İrəvana səfəri Bakı-Ankara münasibətlərində problemlər yarada bilər. Bu səbəbdən də Abdulla Gül Bakıda olarkən səfərlə bağlı mövqeyinə aydınlıq gətirməyə çalışacaq. Humay express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar