SON XƏBƏRLƏR

GÜL, ƏLİYEV VƏ SƏRKİSYAN ARASINDA İLGİNC SÖHBƏT.Ermənistan prezidenti “mən türkcə bilirəm” deyib!

2021.10.20, 07:36
GÜL, ƏLİYEV VƏ SƏRKİSYAN ARASINDA İLGİNC SÖHBƏT.Ermənistan prezidenti “mən türkcə bilirəm” deyib!

Gunaz.tv
GÜL, ƏLİYEV VƏ SƏRKİSYAN ARASINDA İLGİNC SÖHBƏT spy.jpg Ermənistan prezidenti “mən türkcə bilirəm” deyib! Qazaxıstanın yeni paytaxtı Astananın 10 illik yubileyi və prezident Nursultan Nazarbayevin ad günü münasibətilə keçirilən mərasimlər zamanı Türkiyə və Ermənistan prezidentləri arasında mehriban söhbət olub. Abdullah Güllə Serj Sərkisyan arasında Astanada görüş əvvəlcədən planlaşdırılmasa da, mərasimlər zamanı Türkiyə prezidenti Sərkisyanla və Azərbaycan prezidenti İlham Əliyevlə bir araya gələrək onlarla üçlükdə söhbət edib. Türkiyənin “Hürriyət” qəzetinin yazdığına görə, bu zaman” mehriban düşmənlər” arasında ilginc dialoqlar olub. Qeyd edək ki, Ermənistan prezidentinin mətbuat katibliyi Sərkisyanın Əliyevlə görüşünün nəzərdə tutulmadığı haqda açıqlama yaymışdı. Xəbər verildiyi kimi, Astananın yubleyi ilə bağlı təşkil edilən mərasimlərə bir çox MDB ölkələrinin başçıları, o cümlədən Türkiyə prezidenti və İordaniya kralı qatılıb. Mərasimlər iyulun 5-də axşam Qazaxıstanın yeni paytaxtında prezidentərin gəzintisi və ziyafətlə davam edib. Gəzinti zamanı Gül Sərkisyanla Əliyevin qoluna girərək bir müddət onlarla yeriyib. Bu zaman İlham Əliyev Abdullah Güllə Serj Sərkisyan arasındakı söhbəti tərcümə etməyə çalışıb. Lakin Sərkisyan araya girərək “mən türkcə bilirəm, tərcüməçiyə ehtiyac yoxdur” deyib. Buna baxmayaraq söhbət zamanı türkcə bəzi sözləri deyə bilməyən Sərkisyana yenidən Əliyev yardım edib və onların söhbətini çevirib. Prezidentlərin üçlükdə nə danışdıqları haqda məlumat yoxdur. Bu söhbətin davam etdiyi vaxtlarda Ermənistan prezidentinin mətbuat xidməti açıqlama yayaraq Sərkisyanın Gülü Türkiyə-Ermənistan yığma komandalarının futbol matçına birgə baxmaq üçün bu ilin sentyabrında İrəvana səfərə dəvət etdiyi haqda məlumat yayıb. Türkiyə tərəfinin bu dəvəti qəbul edib-etmədiyi haqda məlumat yoxdur. İki ölkə arasında diplomatik münasibətlər yoxdur və ilk dəfədir ki, tərəflərdən biri digərinə bu cür dəvət göndərir. Bu dəvət son vaxtlar Ermənistan və Türkiyə prezidentlərinin ikitərəfli münasibətləri yaxşılaşdırmaq üçün göstərdiyi qarşılıqlı cəhdlərin davamı hesab edilir. Abdullah Gül Sərkisyanı prezident olması münasibətilə ilk təbrik edənlərdən olub. Türkiyə iqtidarı inanır ki, Sərkisyanın hakimiyyətə gəlməsi Ermənistanla Türkiyə arasında anormal münasibətlərin qurulması üçün yaxşı imkanlar açır. Ermənistan rəhbərliyi isə öz növbəsində Türkiyə ilə heç bir ilkin şərt qoymadan diplomatik münasibətlər qurmağa hazır olduğunu bildirir. Rəsmi Ankaranın mövqeyi belədir ki, İrəvanla diplomatik münasibətlər qurulması üçün Azərbaycanın işğal edilmiş əraziləri azad olunmalı, Türkiyənin indiki sərhədləri rəsmən tanınmalı və “soyqırım” iddiaları tarixçilər səviyyəsində qurulan birgə komissiya tərəfindən araşdırılmalıdır. Astanada keçirilən mərasimlər isə dünən Nazarbayevin ad günü qonaqlığı ilə davam edib. Qazaxıstan paytaxtına gələn xarici ölkə prezidentləri onu 68 yaşının tamam olması münasibətilə təbrik ediblər. Həmçinin prezidentlər Astanada öz adlarına ağac əkiblər və beləliklə də Qazaxıstan paytaxtında dövlət başçıları xiyabanının əsası qoyulub. Rusiya prezidenti Dmitri Medvedevin Nazarbayevi ayrıca təbrik etdiyi bildirilir. İki dövlət başçısı arasında enerji və qarşılıqlı inteqrasiya məsələləri ilə bağlı danışıqlar olub. Rusiya prezidentinin mətbuat xidməti isə Nazarbayevi Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla dəyişik salıb. Belə ki, saytda Medvedevlə Berdıməhəmmədovun birgə fotosu yerləşdirilərək altında yazılıb:”Rusiya prezidenti Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə birlikdə.” Bu yanlışlıq bir neçə saat sonra aradan qaldırılıb. Xatırladaq ki, Astananın yubileyində müxtəlif ölkələrdən 3 minə yaxın qonaq iştirak edib. 10 il əvvəl Nazarbayevin ad günündə əsası qoyulan şəhərin əhalisi hazırda 700 min nəfərdir, neft pulları hesabına şəhərdə müasir binalar tikilib, küçələr və meydanlar salınıb.musavat baybak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar