SON XƏBƏRLƏR

GünazTV April.27.2020: Iranın nüvə proqramı təhlükəlidir.

2021.10.20, 07:36
GünazTV April.27.2020:   Iranın nüvə proqramı təhlükəlidir.

Gunaz.tv

Iranın nüvə proqramı təhlükəlidir. Açıqlama Amerikanın dövlət departmentindən gəldi. Departanemtin açıqlamasında deyilir ki, İran uzun illərdir dünya içtimayətini aldadaraq bu proqramın sülh məqsədli olduğunu deyirdi. Lakin, Tramp administrasiyası İranın açıqlamalarını cəfəngiyyat adlandırır. Amerika iddia edir ki, İranın Qüds ordusunun səmaya raket göndərməsi də onların niyyətinin sülh olmadığının  sübutudur.

Bu ilin fevralında İranın space proqramının rəsmisi  Morteza Berari demişdi ki, rəsmi Tehranın raket proqramı  yalnız sülh məqsədlidir.O,həmçinin  bütün hərəkətləri dünyanın gözü  qarşısında etdiklərini deməklə gizli fəaliyyətlərinə haqq qazandırmağa çalışıb.İranın informasiya naziri isə bu həftə proqramın sülh niyyətli olduğunu bir daha söylədi. Bütün bunlara baxmayaqar  Amerika dövlət departamenti əlində olan kəşfiyyat məlumatlarına istinadən deyir ki,İran son raketi gizli şəkildə hazırlayaraq səmaya göndərib.   

Amerika idda edir ki,İran islam Respublikasının fəzaya peyk  göndərmək texnalogiyası,  uzun mənzilli raketlərin texnalogiyasına çox bənzəyir. Bu da öz  növbəsində İranın nüvə silahı əldə etmək yolunda cəhdi kimi dəyərləndirilit.Çünki  uzun mənzilli raketlər, yalnız nüvə texnalogiyalarının istehsalında istifadə olunur.

Dövlət Departamenti dünyanın təhlükəsizliyi üçün dünya birliyini İrana etiraz etməyə çağırır. Amerikanın xarici siyasətini müəyyən edən rəsmilər hesab edirlər ki, oktyabrda bitməsi gözlənilən embarqolar, İrana yenidən   tətbiq olunmalıdır. Amerikanın dövlət katibi Mayk Pompeo, İranın terror təşkilatlarını maliyyələsdirən bir nömrəli dövlət olduğunu vurğulayır. Məhz bu səbəblə o, İrana silah satışı dayandırılmalıdır deyir. Amerika həm də Avropa Birliyini İranın nüvə proqramında adı keçən insanlara sanksiya qoyulağa cağırır. Dövlət  katibi Pompeo deyir ki,  İran hakimiyyəti sadə vətəndaşlarının coronovirusla mücadiləsində ölümlərinə göz yumur, onlara maliyyə xərcləmir əvəzində isə terror təşkilatlarına dəstək olur. Araşdırmalar göstəriri ki,  İranda   90 480 insan virusa yoluxub, ölənlərin sayı isə 6 mindir. Təkcə bu gün virusa yoluxanların sayı 1200 nəfərdir. Onu da deyək ki, İran İslam respubliksaı bağlı cəmiyyət olduğu üçün virusdan ölənlərin sayını da hakimiyyət az göstərməyə çalışır.

 

Qənirə Ataş,Günaztv, Vaşinqton.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar