SON XƏBƏRLƏR

GÜNEY AZƏRBAYCAN MİLLİ BAYRAĞ MƏSƏLƏSİNİ YERİ BİR BAXIŞ_Əlirza Quluncu

2021.10.20, 07:36
GÜNEY AZƏRBAYCAN MİLLİ BAYRAĞ MƏSƏLƏSİNİ YERİ BİR BAXIŞ_Əlirza Quluncu

Gunaz.tv
GÜNEY AZƏRBAYCAN MİLLİ BAYRAĞ MƏSƏLƏSİNİ YERİ BİR BAXIŞ Bəyənilən Milli Simbolvə Hərəkətçilər arasi dialoq azrbycn.jpg Güney Azərbaycandakı 2006 May ayaqlanmaları ndan sonra orta doğu məsələləri ilə ilgilənən bütün güclərin siyasi təhlilləri və bölgənin gələcəyi haqqında baxış tərzləri yüksək dərəcədə dəyişilsə də, güney Azərbaycan milli hərəkəti içərisində dünya ictimaiyyatında ciddiyə alına bilən hər hansı bir təşkilatın ortada olmadığı, örgütlənmə və təşkilatlanma doğrultusunda ciddi bir təşəbbüsün gorünmədiyi, siyasi - milli fəallar arasında təşkilatlanma üçün gərəkən iradə və hərəkətliliyə zəmin olacaq mədəni-siyasi danışıq və dialoqun var olmadığı üçün, ayaqlanmalar və ayaqlanmalardan sonra ortaya çıxan kütlə arası hərəkətliliyin haqq etdiyi qazanc və gətirinin də ortada olmadığı aydın və açıqdır. Son zamanlarda güney Azərbaycan milli simbolu önərisi ilə birlikdə yayımlanan müraciət, müraciətin izahları və açıqlamaları, müraciət yayımlanandan sonra gündəmdə olan mübahisələr və milli simbolun əleyhinə həmçinin ləhinə olan yazılar, güney Azərbaycan milli hərəkətinin çeşidli fikir və düşüncə sahibləri arasında mübahisə və tənqid üslublarına uyğun bir dialoq və danışığın başlana biləcəyinin çox da çətin və mahal olmadığını göstərmişdir. Təbii ki e-mail qruplarında yayımlanan çamur atma və söyüş içərikli bəzi e-mailləri eləcə də tənqid üslublarına uymayan _ bir düşüncə və fikri tənqid etmək yerinə o düşüncəni ortaya atan və onu qəbul edənlərə cahil və xain kimi sifətləri yaraşdıran _ yazıları istisna tuturuq. Güney Azərbaycan içərisində bir qrup müstəqil fəallar tərəfindən yayımlanan müraciət güney Azərbaycan ya güney Azərbaycan milli hərəkəti üçün, ən uyğun simbol və ya bayrağı önərdiyini iddia etməməklə birlikdə, belə bir işin mümkün olmadığını da bildirmişdir. Demokratik bir refrandom üçün gərəkən ortamın yarandığı və ya güney Azərbaycanın bir dövlət və parlamentə sahib olduğu təqdirdə güney Azərbaycan milli bayrağı seçiləcək və bununla seçıləcək bayrağın tərhi hansi bayrağa yaxın olub olmadığı da bəlirlənəcəkdir. Təbii ki bu şərtlərin içərisində seçiləcək bayraq tamamiylə yeni bir tərh də ola bilər. Ancaq hələlik bunun gerçəkləşəcəyi zamanın nə qədər uzaq ya yaxın olduğu haqqında heç bir bilgi və fikrimiz yoxdur. Zatən önərilən tərh yeni olmadığı üçün belə şərtləri tələb etməməkdədir. Yayımlanan müraciətdə güney Azərbaycan ya güney Azərbaycan milli hərəkəti üçün ən uyğun simbol ya bayraq deyil ən uyğun geçici simbol və ya bayraq söz qonusudur. Buna görə önəriyə baxış şəkli də bu əsasda olmalıdır. Elə bu nədənlə "bayrağı parlament seçər", "bayraq böyük bir həmasə içindən çıxar" və bu kimi ifadələri, təklif əleyhinə bir tənqid olaraq dəyərləndirmək mümkün deyildir. Yayımlanan müraciət simbolun geçici olduğunu sadəcə sözdə deyil bəlki önərdiyi tərh və onun təfsiri ilə də açıqca göstərmişdir. Qara ay və səkkiz bucaqlı ulduz ağaracaqdır, şəklində olan net açıqlama da bu gerçəyi isbatlamaqdadı r. 1918 tarixində yüksələn bayrağa hər hansı bir alternativ sadəcə yuxarıda vurğulanan şərtlər içərisində sunula bilər. Müraciətdə önərilən tərh ilə bu bayrağın fərqi sadəcə ay və ulduzun rəngindədir. Qara rəngin təfsiri haqqında yazılan ifadələr isə son dərəcə şəffaf və aydındır. Bu ifadələr önərilən tərhin 1918 tarixində yüksələn bayrağa alternativ olma şansını ondan almışdır! ("Bu millətin taleyinə qara rəng soxmayın.", "Bu millətin ay və ulduzunu qaraltmayın" və "Azərbaycan millətini qarabəxt göstərməyə haqqınız yoxdur." şəklində olan duyğusal tənqidlərə cavab vermək niyyətində deyiləm, çünkü bağımsız ölkələrin simbolları və bayraqlarına ötəri baxış və onlarca bağımsız ölkənin bayrağında qara rəngi görmək, yetərli cavabı verməkdədir. ) Yeni planlar və fəallar arası ixtilaflar məsələsi: Simbol və ya bayraq mübahisəsi ixtilaflara səbəb olur, deyənlərin də sayı az deyildir. Bu irada isə həm özəl olaraq önərilən simbol çərçivəsində həm də genəl şəkildə baxmaq mümkün həm də lazimdir. Bayraq dartışmalarında ixtilaflara səbəb olan ən önəmli amil neçə bayraqlılıq məsələsi olmuşdur. Yayımlanan müraciət bu məsələyə toxunaraq problemi önləmək və əngəlləmək üçün irəliyə doğru əməli addım atmışdır; Müraciət və onun izahlar və açıqlamaları son dərəcə diqqət ilə yazılmış, müraciətin yayılmasından öncə geniş müzakirələr aparılmış və yayılmasından sonra isə verilən tənqidlərə məsələni müdafiə edən çeşidli şəxslər tərəfindən məntiqi və təhlili yazılar yazılmışdır. Bütün bunlar isə yeni bir tərh və planla ortaya çıxmağın nə şəkildə mümkün olduğunu yaxşıca göstərdi. Demək ki belə işlər bilgisayar arxasında oturub və rəngli fontlar ilə e-mail qruplarını doldurmaqla və ya duyğusal yazılarla olmazmış. Məsələyə geniş baxıldıqda da, ixtilafların çoxalması qorxusu ilə yeni fikirlər və planlara meydan verməmək hərəkətliliyin ən böyük düşmənidir. Yeni fikirləri qadağan etməkdənsə, bəyənmədiyimiz fikirlər ilə qarşılaşdığımızda əsəblərimizi kontrol edib həyəcanlanmamaq daha yaxşıdır. Tənqid və təxrib arasındakı sınırın qıldan incə olduğunu desələr də bizim əsas problemimiz, tənqid və təxribi bir birlərindən səçə bilməmək deyildir, deyə inanıram. Bir şəxs və ya qrupun əməli və ya yazısını tənqid etmək yerinə onun əleyhinə ittihamlar irəli sürmək və çamur atmağın tənqid olmadığı ap-açıqdır. Bir önəmli məsələ daha var; Yeni fikirləri, ixtilaf salırlar, deyə qadağan etmək hərəkət içrə danışıq və dialoq yolunu qapatmaqdadır. Yeni fikirlərin ortada olması _ onların doğru olub olmadıqlarına baxmayaraq _ hər zaman milli hərəkətimizin inkişafı və gəlişməsi üçün lazimdir. Hərəkətimizin xeyrinə olan heç nəyi qadağan etməyə ehtiyacımız yoxdur. Ehtiyacımız olan hərəkətimizi gəlişdirmək və hərəkətçilər arası siyasi-mədəni dialoqların genişlənməsi üçün sağlam və demokratik ortamı qurmaqdır. Son olaraq güney Azərbaycan milli simbolu təklifini və önərilən ay və ulduzu qara rəngdə olan tərhi qəbul etdiyimi bildirməklə bərabər, demokratik yanaşmağın müxalif və ya müvafiq olma məsələsindən daha önəmli olduğunu vurğualayıram. İnsanlara bir fikir və düşüncəni zorla qəbul etdirmək heç yerdə doğru olmadığı kimi bizim hərəkətdə də doğru deyildir. Bu gerçəyin önərilən simbolu qəbul edənlər və etməyənlər tərəfindən diqqətə alınacağını arzu edirəm. Əlirza Quluncu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar