SON XƏBƏRLƏR

GÜNEYLİ FƏALIN SAXLANDIĞI YER BİLDİRİLMİR

2021.10.20, 07:36
GÜNEYLİ FƏALIN SAXLANDIĞI YER BİLDİRİLMİR

Gunaz.tv
Ərdəbil Rzai Universiteti islami birliyinin keçmiş rəhbəri Hüseyn Hüseyni həbs edilib. Güney mənbələrinin yaydığı məlumata görə, ETTELAAT əməkdaşları H.Hüseynini iyunun 21-də Sulduz (Nəqədə) şəhərində tutaraq naməlum istiqamətə aparıblar. Ərdəbil Rzai Universiteti memarlıq fakültəsindən yenicə məzun olmuş H.Hüseyni milli fəaliyyətlərinə görə bundan əvvəl dəfələrlə Ərdəbilin ETTELAAT idarəsinə çağırılaraq dindirilmişdi. Fəalın harada saxlanması barədə hələlik hər hansı bir məlumat yoxdur. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar