SON XƏBƏRLƏR

Gürcüstan Rusiyadakı səfirini geri çağırır

2021.10.20, 07:36
Gürcüstan Rusiyadakı səfirini geri çağırır

Gunaz.tv
Gürcüstan Rusiyadakı səfirini geri çağırır gurcustan.jpg Gürcüstan hökuməti Abxaziya və Cənubi Osetiyadakı hadisələrdən sonra Rusiyadakı səfirinin geri çağırılması barədə qərar qəbul edib. Lent.az-ın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi Tiflis Rusiya təyyarələrinin Cənubi Osetiya üzərində uçuşu ilə bağlı Moskvaya etiraz notası təqdim edəndən sonra səfir geri çağrılıb. Rəsmi Tiflis bildirib ki, bu, daha çox məsləhətləşmə xarakteri daşıyır. Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin Cənubi Osetiya üzərində uçuş keçirdikləri faktını təsdiq edib. Rəsmi Tiflis isə bunu hava sərhədinin pozulması və ərazi bütövlüyünə qəsd kimi dəyərləndirib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar