SON XƏBƏRLƏR

Gürcüstan və Ukrayna tezliklə NATO üzvü olacaq

2021.10.20, 07:36
Gürcüstan və Ukrayna tezliklə NATO üzvü olacaq

Gunaz.tv
Gürcüstan və Ukrayna tezliklə NATO üzvü olacaq nato.jpg "Qərb anlayır ki, Rusiyanın tələbləri qarşısında geri çəkilsə, bu ölkənin iştahı daha da artacaq" Rusiya prezidenti Dmitri Medvedyev NATO ilə bağlı aqressiv bəyanatlarını davam etdirir. O, NATO-nun Avropada təhlükəsizliyi təmin etmək sahəsində işəyarayantəşkilat olmadığını deyib, bu qurumun öz sərhədlərini genişləndirməsini təhlükəli tendensiya sayıb. Rusiya prezidenti Alyansın fəaliyyətə başladığı zamandan indiyə kimi effektivliyini qoruyub saxlamadığını da bəyanlayıb. NATO-nun baş katibi Yaap de Hoop Sxeffer isə Avropanın təhlükəsizliyinin universallığı haqda Medvedyevin fikrinin əsası olmadığını bildirib. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, sovetlər birliyi dağılandan və Varaşava müqaviləsi tarixə qovuşduqdan sonra Rusiyada belə bir iddialar səslənməyə başladı ki, əgər sözügedən müqavilə yoxdursa, NATO nəyə gərəkdir? Tural Rusiyanın keçmiş baş naziri Yevgeni Primakov da Medvedyev kimi eyni fikri səsləndirirdi ki, NATO Avropada təhlükəsizliyi təmin edə bilməz. Amma bu qurum gərəkliyini artıq təsdiqləyib". Hazırda NATO qoşunlarının Kosova və Əfqanıstan kimi təhlükəli ərazilərdə fəaliyyət göstərdiyini deyən ekspert Rusiyanın çağırışlarının əsasız olduğunu dedi: "Bu bəyanatlar da əvvəlki illərdə olduğu kimi heç bir reaksiya doğurmayacaq. Rusiya bu gün NATO-nun genişlənməsini əngəlləmək istəyir. Amma imperialist ideyalarla yaşayan bu ölkə istədiyinə nail olmayacaq. Çünki NATO-nun genişlənməsi real bir prosesdir və davam edəcək". Elxan Şahinoğlu vaxtilə Kremlin Şərqi Avropa və Baltikyanı ölkələrin də NATO-ya üzv olmasının əleyhinə çıxdığını xatırlatdı: "İndi də Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü məsələsi gündəmdədir. Ona görə də Rusiya çalışır ki, bu prosesi əngəlləsin. Bu isə obyektiv bir prosesdir və Moskva bunun qarşısını ala bilməyəcək. Hətta gündəmə bu gün Cənubi Qafqazdakı iqtisadi layihələrin təhlükəsizliyini NATO-nun təmin etməsi məsələləri də gətirilir. Rusiya indi də buna qarşı atacağı addımları düşünür". Ekspert Medvedyevin Rusiyanın NATO ilə münasibətlərinin kəskinləşəcəyilə bağlı bəyanatlarının da ziddiyyətli açıqlama sayır: "Çünki Medvedyev bir tərəfdən bildirir ki, Qərblə əməkdaşlığı genişləndirməkdə maraqlıdır və enerji resurslarının əsas ixracatçısı qərb ölkələridir. Digər tərəfdən də Rusiya Qərb ölkələrilə münasibətləri necə gərginləşdirə bilər? Bu ölkənin neft və qaz satışından qazandığı milyardlar Qərbdən gəlir. NATO genişlənsə belə, Rusiya bu maliyyədən əl çəkən deyil. Sadəcə, Rusiya Ukrayna və Gürcüstanın alyansa qəbulundan narahatdır. Hesab edirəm ki, dekabrda olacaq toplantıda hər iki dövlətə üzvlüklə bağlı vaxt veriləcək. Çünki Qərb anlayır ki, Rusiyanın tələbləri qarşısında geri çəkilsə, bu ölkənin iştahı daha da artacaq. Ona görə Qərb çalışacaq ki, Gürcüstan və Ukraynanı qısa müddətdə NATO-ya üzv etsin". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar