SON XƏBƏRLƏR

Güzəştlər limiti çoxdan bitib.Bu gün Edvard Nalbandyanın açıqlamalarından çox, Qoran Lenmarkerin çağırışlarından qorxmaq lazımdır

2021.10.20, 07:36
Güzəştlər limiti çoxdan bitib.Bu gün Edvard Nalbandyanın açıqlamalarından çox, Qoran Lenmarkerin çağırışlarından qorxmaq lazımdır

Gunaz.tv
"Güzəştlər limiti çoxdan bitib" lenmarker.jpg "Bu gün Edvard Nalbandyanın açıqlamalarından çox, Qoran Lenmarkerin çağırışlarından qorxmaq lazımdır" ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə məruzəçisi, qurumun keçmiş sədri Qoran Lenmarker Azərbaycana təzyiq xarakterli bəyanatlar ünvanlayıb. Onun fikrincə, Azərbaycanda seçkilər başlayana qədər konkret addım atılmasa, Qarabağ danışıqlarında durğunluq yaranacaq. AŞ PA rəsmisi tərəflərin iki ay vaxtının olduğunu vurğulayıb. Tural Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Qoran Lenmarker bir müddət öncə münaqişənin bu il həll edilməsi ehtimalından danışırdı: "İndi isə bu fikirlərin əksinə bəyanatlar verməyə başlayıb. Sanki AŞ PA rəsmisi dünyanın gücü və taleyinin kimlərin əlində olmasına işarə vurur. Bu bəyanat göstərir ki, münaqişənin həll üçün bəlli bir çərçivə sazişi hazırdır və həmin saziş rəsmi Bakıya da məlumdur. Eyni zamanda bu çərçivədən kənara çıxmağın qeyri- mümkünlüyü də xatırladılır. Çünki Rusiya prezidenti Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin bölünməzliyini tanımaq barədə Bakıda bəyanat imzalayıb. Qoran Lenmarkerin açıqlaması isə bir növ Azərbaycan və Rusiya prezidentlərinin həmin bəyanatına da cavabdır". Ekspert Qoran Lenmarkerin kompromis çağırışını xüsusilə təhlükəli saydı: "Çünki Azərbaycan kompromislər limitini çoxdan bitirib. Bu millətin kompromis üçün heç nəyi qalmayıb. Yeni güzəştlər Azərbaycan üçün torpaqların itirilməsi deməkdir və buna isə xalqımız gedə bilməz. Buna görə də qeyd etmək lazımdır ki, Qoran Lenmarkerin son açıqlaması siyasi konyukturaya əsaslanan bəyanatlardır və praqmatik əhəmiyyət daşıya bilməz". Qabil Hüseynli Qoran Lenmarkerdən dərhal sonra Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın rəsmi İrəvanın heç bir güzəştə getməyəcəyini bəyanlamasını təəssüf doğurduğunu vurğuladı. Nalbandyana görə, əsas həll prinsipləri Dağlıq Qarabağ "xalqının" öz müqəddaratını təyin etmək hüququ, təhlükəsizlik zəmanəti və Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizdir: "Çərçivə sazişində Edvard Nalbandyanın bütün dediklərinin hamısı öz əksini tapıb və ATƏT-in Minsk qrupu da bizi məhz elə bunları qəbul etməyə çağırır. Azərbaycanı kompromis deyiləndə də bu şərtlər çərçivəsində güzəştə getməyə məcbur etmək istəyirlər. Ona görə də bu gün Edvard Nalbandyanın açıqlamalarından çox, Qoran Lenmarkerin belə çağırışlarından qorxmaq lazımdır. Çünki bu çağırışlar da prosesin nizamlanmasına yox, daha da mürəkkəbləşməsinə yönəlib". Qabil Hüseynli Qoran Lenmarkerin münaqişənin həllinin bütün region üçün vacibliyini vurğulamasını və bölgənin Avropaya inteqrasiyası baxımından çox vacib olması fikirlərini təqdirəlayiq saydı: "AŞ PA rəsmisinin tərəflərin istəyi olmayacağı təqdirdə, heç bir vasitəçinin nəyəsə müstəqil qərar verəcəyinə inanmadığı da düzgün fikirdir. Bu gün "dondurulmuş münaqişə"nin həlli Ermənistan və Azərbaycanın cəhdlərindən asılıdır". Yeri gəlmişkən artıq Qoran Lenmarker ATƏT PA sədri deyil, amma Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi kimi fəaliyyət göstərir. Onun hazırlayacağı sənəd isə ATƏT Parlament Assambleyanın münaqişə ilə bağlı mövqeyini formalaşdıracaq. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar