SON XƏBƏRLƏR

Həmədanda “Aşıqlar və Musiqilər” mərasimi ləğv edilib

2021.10.20, 07:36
Həmədanda “Aşıqlar və Musiqilər” mərasimi ləğv edilib

Gunaz.tv

GünAz TV: Həmədanda “Aşıqlar və Musiqilər” mərasimi heç bir açıqlama verilmədən ləğv edilib, mərasimə qatılmaq istəyən soydaşlarımız qapı arxasında qalıb.

 

Məlumata görə, “Həmədan Əyaləti Musiqi Dərnəyi” mərasimin keçirilməsinə qadağa qoyub. Yerli əhalinin dediyinə görə, bu qurum Azərbaycan aşıqları və ümumiyyətlə türk musiqisinə qarşı hər zaman qərəzli mövqe sərgiləyib.

 

21-ci Həmədan Əyaləti Fəcr Musiqi Festivalında keçirilməsi planlaşdırılan “Aşıqlar və Musiqilər” mərasimi fevralın 15-i Təbriz vaxtı ilə saat 17:00-dan 20:00-dək Həmədanın “Buəli Sina mədəniyyət mərkəzi”ndə baş tutmalı idi.

 

Əyalətin yerli məsulları bu günə qədər məsələyə münasibət bildirməyib.

 

“Aşıqlar və Musiqilər” mərasimində Həmədan aşıqları ilə yanaşı Türkmən-Səhra aşıqlarının iştirak etməsi də nəzərdə tutulmuşdur. Mərasimdə ustad Maşallah Rəssamın sənət sahəsindəki fəaliyyəti təqdir olunacaqdı.

 

Türk dünyasında “aşıq”, “ozan”, “bamsı” və “baxşı” adı ilə tanınan saz-söz adamları türk millətinin qədim mədəniyyəti və ənənələrinin qorunub saxlanılmasında hər zaman böyük rol oynayıb. İran rejimi bu sənətin inkişaf etdirilməsi ilə bağlı fəaliyyətlərə davamlı olaraq maneçilik yaradır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar