SON XƏBƏRLƏR

Hörmüz boğazının hər iki tərəfində Amerikanın raketatan gəmiləri mənzillənib

2021.10.20, 07:36
Hörmüz boğazının hər iki tərəfində Amerikanın raketatan gəmiləri mənzillənib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən 5-ci Donanmasının sözçüsü Caşua Frey Hörmüz boğazının hər iki tərəfində ABŞ-ın raketatan gəmilərinin mənzilləndiyini deyib.

 

O bildirib ki, bu gəmilər vasitəsilə istənilən ölkə boğaz və körfəzdə hərbi eskortdan yararlana bilər.

 

“Sentinel” adlanan bu əməliyyat Amerikanın rəhbərliyi ilə körfəzdə, Hörmüz və Babül-Məndəb boğazlarında üzən gəmilərin təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir.

 

Hələlik Avstraliya, Bəhreyn və İngiltərə sözügedən əməliyyatda iştirak etdiyini bəyan edib. Hindistan isə özü öz gəmilərini eskort etdiyini bildirib. Çin də böyük ehtimalla Hindistan təcrübəsini tətbiq edəcəyini açıqlayıb.

 

İranın təxribatçı əməllərinin qarşısını almaq üçün icra edilən bu əməliyyatın başlandığını ötən həftə Amerikanın müdafiə naziri Mark Esper rəsmən bəyan etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar