SON XƏBƏRLƏR

Milli fəal Məhəmməd Mərdi cərimə cəzasına məhkum olunub

2022.02.04, 07:42
Milli fəal Məhəmməd Mərdi cərimə cəzasına məhkum olunub

Gunaz.tv

Məhəmməd Mərdi 2021-ci ilin iyul ayının 26-da Təbrizdə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb, 11 avqustda isə girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Rza Fruğinin başçılıq etdiyi Təbriz Cinayət Məhkəməsinin 111-ci bölməsi Mərdiyə qarşı “hay-küy salmaqla ictimai asayişi pozmaq və qanunsuz aksiyaya qatılmaq” ittihamı irəli sürmüş, onu 3 ay həbs və 74 qamçı zərbəsinə məhkum etmişdir.

Qeyd edək ki, milli fəalın saxlanılması başda Təbriz olmaqla Güney Azərbaycan şəhərlərində Xuzistan ərəblərinə dəstək aksiyasının keçirilməsi ilə bağlı olub.

İyulun 24-də azərbaycanlılar ərəblərin su üsyanına dəstək aksiyaları keçirmiş, rejimin onlara qarşı repressiyalarına etirazlarını bildirmişdilər.
Etiraz aksiyası keçirilən gün, ondan öncə və sonrakı günlərdə onlarla azərbaycanlı fəal saxlanılıb.

Saxlanılanlar dindirildikdən sonra Təbriz zindanına köçürülüb, sonradan ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

C.E

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar